12,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Neyroşəbəkə robotlara autizmə tutulan uşaqların davranışını anlamağa kömək edəcək


Neyroşəbəkə robotlara autizmə tutulan uşaqların davranışını anlamağa kömək edəcək

03.07.2018 00:36
admin

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları robotlara uşaqlarla ünsiyyət zamanı onların iştirak və marağını qiymətləndirməyə kömək edən "dərin təlim" alqoritmi hazırlayıblar. Robot hər bir uşaq üçün unikal olan reaksiyaların xüsusiyyətlərini analiz edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün robot terapiyası ondan ibarətdir ki, terapevt uşaqlara qorxu, kədər və ya sevinc ifadələrini fərqləndirməyi öyrətmək üçün onlara müxtəlif emosiyaları ifadə edən sifətlərin şəkillərini göstərir. Sonra terapevt robotun uşağa həmin emosiyaları göstərməsi və uşaqla necə ünsiyyət qurmasını müşahidə etmək üçün onu proqramlaşdırır.

"MIT" mütəxəssisləri tərəfindən tədqiqatda müxtəlif emosiyaları göz rəngi, əl-ayaq hərəkətləri və səs tonu ilə ötürə bilən insanabənzər "SoftBank Robotics NAO" robotlarından istifadə edilib. Tədqiqatın nəticələrinə görə, uşağın terapevtlə ünsiyyət səviyyəsi 50-55 faiz, yeni alqoritmlə təchiz edilən robotla 60 faiz qiymətləndirilib.

Ekspertlər qeyd edir ki, insanın uşağın cəlbetmə qavrayışında eyni uğur qazanması çətindir, lakin tədqiqatın məqsədi terapevtləri əvəz edən robotların yaradılmasından ibarət deyil. Layihə yaradıcıları terapiyanı həkimlər tərəfindən fərdiləşdirilməsi, hər uşaq üçün fərdi yanaşmanın axtarışı, eləcə də robotlar və autizm xəstəsi olan uşaqlar arasında təbii ünsiyyətin qurulması üçün istifadə ediləcək vacib informasiya vasitəsilə yaxşılaşdırmaq istəyirlər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031