9,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Snapdragon 660-lu ilk planşet təqdim olundu


Snapdragon 660-lu ilk planşet təqdim olundu

30.06.2018 09:05
admin

Çinin "Xiaomi" istehlak elektronikası istehsalçısı bazarda "Qualcomm Snapdragon 660" prosessoru ilə təchiz edilən ilk "Xiaomi Mi Pad 4" planşet kompüter modelini təqdim edib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğu 1920 x 1200 piksel təsvir ölçülü və tərəflərinin nisbəti 16:10 təşkil edən 8 düym diaqonallı ekran ilə təchiz olunub. Əvvəlki modelin malik olduğu altınüvəli "MediaTek MT8176" prosessoru 2,2 QHs takt tezlikli və "Adreno 512" qrafik kontrollerli səkkiznüvəli "Snapdragon 660" prosessoru ilə əvəz edilib.

Məlumata görə, "LPDDR3" operativ yaddaş tutumu 4 giqabayt, quraşdırılmış yaddaş isə 64 giqabayt təşkil edir. Əsas kamera 13 meqapikselli matrisaya malikdir və videonu "Full HD" formatında çəkir. Ön tərəfdə əlavə 5 meqapikselli kamera quraşdırılıb.

Korpusu metaldan ibarət planşetin qalınlığı 7,9 mm, çəkisi 243 qram, akkumulyator tutumu 6 min milliamper/saat təşkil edir. Qurğu, həmçinin sifətin tanınması texnologiyası vasitəsilə blokdan çıxarmanı dəstəkləyir.

"Xiaomi" nümayəndələrinin sözlərinə görə, qurğunun ölçüsü 9,4 faiz kiçildilib və bu səbəbdən onu "Xiaomi MiPad 3" modeli ilə müqayisədə bir əllə idarə etmək mümkündür.

Qızılı və qara rənglərdə satışa çıxarılacaq "Xiaomi MiPad 4" planşetinin minimal yaddaş tutumlu və "LTE" şəbəkəsini dəstəkləməyən versiyasının qiyməti 169 dollar təşkil edir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031