10,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » LGX2 təqdim olundu


LGX2 təqdim olundu

30.06.2018 09:11
admin

"LG Electronics" şirkəti "X2" adlı orta texniki səviyyəli smartfonunu təqdim edib. Yeni aparat barmaq izləri skanerinə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu "IPS" matrisindən istifadə edən "HD" (1280x720 piksel) formatlı 5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon" prosessoru ilə təchiz edilib. Əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. "MicroSD" çıxarılıb-taxılan daşıyıcılarının qoşulması mümkündür.

İşıq diodu işıqlandırıcısına malik əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kamerada isə 5 meqapikseldir. Həmçinin "4G LTE", "Wi-Fi 802.11 b/g/n", "Bluetooth 4.2" və "GPS" kimi simsiz kommunikasiya vasitələri dəstəklənir.

2500 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilmiş smartfon "Android 7.1.2 Nougat" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Aparatın ölçüləri 144,8x71,9x8,2 mm, çəkisi 152 qr-dır. "Auto Shot" (selfi çəkilişi zamanı sifətin avtomatik tanıması) və "Quick Share" (mesaj və ya SNS vasitəsilə şəkillərin ani ötürülməsi) kimi funksiyalar əlçatandır.

Yalnız qara rəngli korpusda satışa çıxarılacaq "LG X2" smartfonunun  Cənubi Koreya bazarında dəyəri təxminən 176 dollar təşkil edəcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031