10,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » İnstagram yüngülləşdi


İnstagram yüngülləşdi

30.06.2018 09:15
admin

İnstagram iinkişaf etmək niyyətindədir. Şirkət zəif mobil internetə və bahalı trafikə malik ölkələrin istifadəçilərini cəlb etmək üçün mobil proqramın "Android" sistemi üçün yüngül versiyasını ("Instagram Lite") təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Instagram Lite" proqramı "Google Play" mağazasında yerləşdirilsə də,  hələ ki, yalnız meksikalı istifadəçilərə əlçatandır. Şirkətin nümayəndəsi bildirib ki, tezliklə başqa ölkələrin istifadəçiləri də bu proqramı öz qurğularına quraşdıra biləcəklər.

"Instagram" nümayəndəsinin sözlərinə görə, mobil proqramın yüngül versiyası daha az yer tutur, mobil trafikə qənaət etməyə imkan verir və daha sürətli işləyir. "Instagram Lite" proqramı 573 kb yer tutur, halbuki "Instagram" proqramının "iOS" platforması üçün versiyasının tutumu 141 MB təşkil edir.

"Instagram Lite" proqramı şəkillər və "Stories"də özü yoxa çıxan yazılar dərc etməyə imkan verir, ancaq videoların dərci və "Direct" bölməsi vasitəsilə şəxsi mesajların göndərilməsi, hələ ki, yeni proqramın istifadəçiləri üçün əlçatmazdır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031