-3,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » “21st Century Fox”un satışı təsdiqləndi -


“21st Century Fox”un satışı təsdiqləndi -

30.06.2018 09:55
admin

ABŞ Ədliyyə Nazirliyinin antiinhisar departamenti "Walt Disney Co." tərəfindən "21st Century Fox"un aktivlərinin satın alınmasını təsdiqləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Disney"dən məlumat verilib. Nazirlik şərt qoyub ki, "Disney" sövdələşmənin qüvvəyə minməsindən sonra 90 gün ərzində "Fox Sports"un regional kanallar şəbəkəsini satmalıdır.

Ötən həftə "Walt Disney" "21st Century Fox"un aktivlərinin satın alınmasına dair təklifini artırıb və hər səhmə görə 38 dollara çatdırıb. Bu, ümumilikdə 71,3 milyard dollar edir. "Fox"un səhmdarları ya nağd vəsait , ya da "Disney" səhmlərini əldə edə bilər. "Disney" ümumilikdə 35,7 milyard dollar nağd pul ödəyəcəyini və 343 milyon ədədə yaxın yeni səhm buraxacağını gözləyir.

Məlumatın yayılmasından sonra Nyu York birjasında "Disney" səhmləri 1,2%, "Fox" səhmləri isə 1,8% bahalaşıb.

Qeyd edək ki, iyunun 14-də "Comcast" kabel operatoru "21st Century Fox"a 65 milyard dollar təklif edib. Halbuki 2017-ci ilin dekabrında "Fox" öz aktivlərini 52,4 milyarda "Disney"ə satmağa razılaşmışdı.

"The Walt Disney Company" 1923-cü ildə yaradılıb və dünya əyləncə sektorunun ən iri şirkətlərindən biridir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31