12,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » LG V40 5 kameraya sahib ilk smartfon ola bilər


LG V40 5 kameraya sahib ilk smartfon ola bilər

28.06.2018 22:15
admin

Samsung və Apple şirkətlərinin üçlü kameraya sahib (ikisi arxa paneldə, biri isə ön paneldə) flaqman modellərini satışa çıxartdıqları və yalnız gələn il üçün kamera sayını artırmaq planlarında olduqları bir vaxtda LG şirkətinə yaxın olan mənbənin verdiyi məlumata əsasən LG V30 modelinin davamçısı 5 kamera ilə təchiz olunacaq. Verilən məlumata əsasən onlardan ikisi smartfonun ön panelində yerləşəcək. Onlardan biri və ya hər ikisi istifadəçi üzünün skan texnologiyasında istifadə olunacaq. Çox güman ki, bu, Apple şirkətinin Face ID texnologiyasına bənzəyəcək 3D skan sistemi olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, həmçinin məlumata əsasən LG V40 ekran üzərində çıxıntı hissəyə və LG G7 tərzində dizayna sahib olacaq. Üçlü arxa kameraya gəldikdə isə verilən məlumat onu göstərir ki, arxa kamera genişbucaqlı sensor, supergeniş LG sensoru və adı hallanmayan üçüncü sensordan ibarət olacaq. Qeyd etmək lazımdır ki, üçlü kameranı əldə etmiş ilk smartfon Huawei P20 Pro modelidir. Lakin onun ön panelində yalnız bir ədəd kamera yerləşir. Beləliklə LG V40 rekord göstərici sərgiləyərək istifadəçilərin diqqətlərini cəlb edə bilər. Smartfonun bu ilin sonunadək təqdim olunacağı güman edilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031