9,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Instagram”da necə “butik” açmaq və satış etmək olar?


“Instagram”da necə “butik” açmaq və satış etmək olar?

24.06.2018 20:50
admin

"Instagram"da "butik" açmaq və satış etmək internet üzərindən pul qazanmağın yeni üsuludur. 500 milyondan artıq istifadəçisi olan "Instagram"ı niyə bir mağaza olaraq istifadə etməyəsiniz ki? Bildiyimiz kimi günümüzdə internetdən edilən alış-verişlər çox praktikdir və bu səbəblə çox istifadə edilən bir bazar vəziyyətindədir. Buna görə də, bu sektorda yeniliklər edən və "Instagram" kimi sosial medianı aktiv istifadə edən sahibkarlar bu işdən pul qazanırlar.

"Instagram"da butik açmaq üçün əvvəlcə necə bir satış strategiyası tətbiq edəcəyinizə qərar verməlisiniz. Öz istehsal etdiyiniz geyimləri sata bilər və ya başqasının istehsal etdiklərini "Instagram"da butik açaraq sata bilərsiniz. Eyni şəkildə məhsulları xarici ölkələrdən də gətirdə bilərsiniz.

"Instagram"da "butik" açmaq və satış prosesləri

Milli.Az facemark.az-a istinadən bildirir ki, "Instagram"da butik açmaq üçün öncə nə satacağınıza qərar verməlisiniz. Məsələn, geyim "butik"ləri açsanız, daha çox müştəri kütləsi tapa bilərsiniz. Daha sonra bir "Instagram" hesabı açmalı, loqo hazırlamalı və həmin loqonu profil şəkli etməlisiniz. Cəlbedici ad qoyduqdan sonra, profil məlumatlarınıza e-mail adresinizi, telefon nömrəsiniz, qısası əlaqə vasitələrini yazmalı, çatdırılmanın növü (yəni, ödənişli və ya ödənişsiz) haqqında qısa məlumat yazmalısınız. Sonrakı mərhələdə məhsullarınızı keyfiyyətli şəkillər çəkərək paylaşa bilərsiniz. İnternet saytı qisminə "Sophier" mağaza səhifənizi qoymalısınız.

Bir neçə məhsul paylaşdıqdan sonra insanları izləməyə başlayın. İnsanlan sizin də o saytda olduğunuzu bilməlidir. Əgər işi davam etdirmək istəyirsinizsə, reklam məqsədilə, izləyicisi çox olan bir neçə məşhur insana hədiyyə olaraq məhsullarınızdan yollayın. Məşhur insanlar əgər məhsulunuzu "Instagram" hesablarında paylaşsalar böyük bir şöhrət əldə etmiş olarsınız. Ümumilikdə bu yolu geyim və aksesuar "butik"ləri istifadə edir.

Bütün bunları etsəniz də sifariş ala biləcəyiniz bir mexanizm istifadə etmədən bu işi davam etdirməyiniz çox çətindir. Qapıda ödəmə və ya çatdırmaq yolu ilə satdığınız məhsulun məbləğini ala bilərsiniz. Lakin bunun kimi üsullar bir qismi sizin üçün, bir qismi də məhsulunuzu "Instagram" mağazanızdan alacaq izləyiciləriniz üçün güvənli mühit yaratmır. Buna görə də, "Sophier" kimi sifariş sistemlərilə məhsulunuzu kredit kartı və hissə-hissə ödəmə imkanı ilə satıla bilər, məhsulu göndərib çatdırılma təsdiqi verərək qısa vaxtda ödəmələrinizi hesabınıza ala bilərsiniz.

"Sophier.com"dan "Sophier" sisteminə asanlıqla üzv olaraq "Instagram" üzərindən satışa dərhal başlaya bilərsiniz. İzləyiniz ödəməni tamamlayanda, həm cib telefon proqramınıza, həm də poçt qutunuza sifariş bildirimi gəlir, sizə bildirimdəki mesajlaşmalardan, İBAN nömrəsi vermək və alış-veriş etmək kimi müddətdən qurtularaq, "Instagram" butikinizdən güvənlə satış edə bilərsiniz.

Rəqiblərinizi incələyin

Eyni cığırda butikləri olan və "Sophier" ilə "Instagram"dan satış edən rəqiblərinizi incələyin. Rəqiblərinizin məhsullarını necə təqdim etdiklərini davamlı olaraq izləyin. Onları izləyən insanları da izləyin, yuxarıda qeyd etdiyimiz kimi, izləyici kütlənizin müştəri potensialı daşınması lazım olduğunu unutmayın. İnsanlara qarşı mədəni olmaq işinizə görə olduqca önəmlidir. Yazılan şərhlərə və soruşulan suallara mədəni cavab verin, unutmayın, müştəri hər zaman haqlıdır.

"Hashtag" istifadə edin

Profiliniz hər kəsə açıq olsun və məhsullarınıza özəl "hashtag" istifadə edin. Bununla bərabər, həmin zaman məşhur olan "hashtag"ları istifadə etməyinizdə fayda var. Məsələn, "instasize", "instalike" "instabutik" kimi "hashtag"ları də istifadə etməyi unutmayın.

Təqdimat çox vacibdir

Marketinqin ən vacib taktikalarından biri də təqdimatdır. Bir geyim butiki üçün maniken istifadə edin. Məhsullarınızı fərqli şəkillərdə sərgiləmək müştərinin qərar verməsini asanlaşdıracaqdır. Çəkdiyiniz şəkillər keyfiyyətli olmalı və məhsulları fərqli bucaqlardan müştərilərə təqdim etməlisiniz. Sadəcə tək başına geyim şəkilləri işinizi görməyə bilər.

Karqo məsələsində dəqiq olun

İstehlakçı qavramında bir şeyin pulsuz olmasının, onu əldə etmə istəyini artırdığının psixoloji gerçək olmasını unutmayın. Buna görə də, məhsulunuzu "Sophier"ə tanıdarkən, karqo məbləğini məhsulun qiymətinə əlavə edib, çatdırılmanı pulsuz təqdim edə bilərsiniz.

İnsanlarla kommunikasiyada olun

İnsanlarla ünsiyyətdə olun ki, sizə güvənsinlər. Məsələn, hər nə qədər "Sophier" bunu sizin adınıza etmiş olsa da, "Məhsulunuz karqoya verilmişdir!", "Bizi seçdiyiniz üçün təşəkkür edirik!" kimi ifadələr istifadə edin və məhsulun əllərinə keçdiyindən əmin olun. Məhsul təbrik mesajlarını da "Instagram"da paylaşmanızda fayda var.

Müştərilərin məmnun qalmadığı məhsullar üçün qaytarma imkanı təklif etmək də faydalıdır. Bunu mağaza elanınız olaraq, "7 gün içində geri qaytarma imkanı!" kimi bir ifadə ilə bildirərək müştərilərinizə güvən verə bilər, "Sophier" üzərindən aldığınız ödəmənin geri qaytarılmasını hər hansı xərc ödəmədən edə bilərsiniz.

Xaricdən məhsul gətirmək

Əgər məhsullarınızı özünüz istehsal etmirsinizsə, ya çevrədəki mağazalardan, ya da internet saytlarından sifariş edə biləcəyiniz kimi, xaricdən buraya da olmayan məhsulları gətirdib daha fərqli bir kütləyə çata bilərsiniz. Bu mövzu məhsulun gəlməsi baxımından sıxıntı yaşaya biləcəyinizi bilməlisiniz və mütləq geri qaytarma mövcud olan saytlardan sifariş etməyə üstünlük verməlisiniz. Xaricdən "e-bay", "Amazon", "Aliexpress", "Esty" kimi saytları istifadə edə bilərsiniz.

Bu işdə irəliləmək

Məhsullarınızı insanlara sevdirdikdən sonra real bir butik açaraq gəlirinizi artıra bilərsiniz və professionallığa doğru addım ata bilərsiniz. Bunun nümunələri çoxdur, niyə siz də olmayasınız? Sadəcə "Instagram" deyil, "Facebook"da da səhifə açmağı unutmayın. "Facebook" sayəsində "Instagram" ilə bütünləşərək bir reklam strategiyası tətbiq etməniz mümkündür. Reklamsız irəliləmək çox çətin olduğu üçün kiçik büdcələr ilə bir çox insana çata bilərsiniz. Bundan əlavə, "Sophier"in davamlı olaraq təklif etdiyi kampaniyalarına daxil olaraq, reklam fürsətlərindən faydalana bilər və sosial mediada mağazanızdakı məhsullarınızı daha geniş kütləyə çatdıra bilərsiniz.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031