10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Avstraliya "Huawei"dən şübhələnir


Avstraliya "Huawei"dən şübhələnir

16.06.2018 21:15
admin

Çinin "Huawei" şirkəti Avstraliyanın 5G telekommunikasiya şəbəkəsi yaradılmasına dair federal proqramına buraxılmayacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The Australian Financial Review" nəşri məlumat yayıb.

Baş nazir Malkolm Törnbull yaxın günlərdə bu barədə qərarı elan etməlidir. Çoxsaylı mənbələr bildirir ki, Avstraliya kəşfiyyatı "Huawei" ilə Çin hökuməti arasındakı əlaqələrə şübhə ilə yanaşır və bu şirkətin ölkədə 5G ilə bağlı tenderlərə buraxılmasına qarşı çıxır.

"Huawei" Avstraliyada çoxdan işləyir. Lakin şirkətə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunub. "Huawei" smartfonları ölkədə sərbəst satılsa da, hökumət genişzolaqlı internetin yaradılmasında Çin şirkətinin avadanlıqlarından istifadə olunmasını qadağan edib. 

2017-ci ilin sonunda Avstraliyanın hakim koalisiyası parlamentə ölkənin işlərinə xarici müdaxilənin məhdudlaşdırılması haqqında qanun layihəsi təqdim edib. Bundan sonra Avstraliya ilə Çin arasında münasibətlər pisləşib. Pekin bu ölkəyə planlaşdırılan rəsmi səfərləri təxirə salıb. Çin Avstraliyanın əsas ticarət tərəfdaşlarından biridir və ölkə iqtisadiyyatına birbaşa investisiyaların həcmin görə 5-ci sıradadır.

Qeyd edək ki, ABŞ hökuməti də "Huawei" şirkətinin Çin kəşfiyyatı ilə əlaqələrindən şübhələnir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031