24,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Aeroportlarda yuxu kapsulları olacaq


Aeroportlarda yuxu kapsulları olacaq

14.06.2018 08:41
admin

Avropa aeroportlarında tezliklə yuxu üçün "Airpods" kapsulları istifadəyə veriləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xüsusi kapsullar Sloveniya dizaynerləri tərəfindən hazırlanıb. Plana əsasən, "Airpods" modulları xarici görünüşünə görə gələcək avtomobilləri xatırladacaq. Konstruksiya daxilində formasını dəyişən rahat kreslo quraşdırılıb, eləcə də burada səyahətçilər telefonu enerji ilə doldura, "Wi-Fi" şəbəkəsinə qoşula, zəngli saat qura və filmlər seyr edə biləcəklər.

Yuxu üçün modulda qurğunun kənar səsləri tam izolə etməsinə baxmayaraq çöldə baş verənləri müşahidə etmək mümkündür. Kapsul, həmçinin sərnişinə reys elan edilən zaman minmə üçün çıxışa yaxınlaşması barədə avtomatik bildiriş göndərəcək.

"Airpods" kapsullarının 1 saatlıq icarəyə verilməsi planlaşdırılır.

Hazırda beta test mərhələsində olan kapsulların kommersiya sınağı çərçivəsində bir sıra Avropa aeroportlarında artıq bu il ərzində istifadəyə veriləcəyi gözlənilir. Gələcəkdə belə kapsullara dünyanın digər hava limanlarında da rast gəlmək mümkün olacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930