23,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Çinin texnologiya nəhəngi Türkiyə bazarına gəlir?


Çinin texnologiya nəhəngi Türkiyə bazarına gəlir?

10.06.2018 21:20
admin

Çinin texnologiya nəhəngi "Xiaomi" məhsulların onlayn tədarükçüsü "GearBest" ilə əməkdaşlığı nəticəsində Türkiyə bazarına gəlir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, "Xiaomi" məhsullarının qiymətinin hər cibə münasib olması, onu istehlakçılar arasında məşhurlaşdırıb.

Məlumata görə, marka Fransa, İtaliyada açdığı "Mi Store" mağazalarından sonra Türkiyə bazarına giriş edəcək.

Türk mətbuatı yazır ki, iyunun 6-dan 10-dək İstanbulda "Video Oyunları və Texnologiya Sərgi"sində (Games Week 2018) "Xiaomi" "GearBest" ilə ortaq stend açacaq. Marka forum çərçivəsində Türkiyə bazarına addım atacağı ilk cihazı "Redmi S2" modelini təqdim edəcək.

Qeyd edək ki, "Xiaomi" başlanğıcda 7 fərqli telefon modeli ilə Türkiyə bazarına daxil olacaq. Məhsulların göndərilməsi birbaşa olaraq Türkiyədən ediləcək. Amma bildirilir ki, texniki dəstək məsələsində isə, marka ölkədə cib telefonlarının topdan və pərakəndə satışı, dağıtımı və texniki xidməti ilə məşğul olan "Genpa" şirkəti ilə müqavilə bağlayıb.

Xatırladaq ki, Çinin elektronika məhsulları istehsalçısı olan "Xiaomi" korporasiyası 2010-cu ilin aprelin 6-dan fəaliyyət göstərir. "Xiaomi" smartfon, mobil tətbiq, noutbuklar, müvafiq elektronik məhsullar istehsal edir və adıçəkilən sahələrə ciddi sərmayə edir. 2017-ci ilin məlumatına görə, şirkət dünyanın beş ən böyük smartfon istehsalçılarından biri olub. Marka ilk smartfonunu 2011-ci ildə bazara buraxıb, 2014-cü ildə isə artıq Çin bazarında sürətlə böyüyən elektronik məhsulların istehsalçısı idi. "Xiaomi"də hazırda 15 mindən çox insan çalışır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930