31,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Rusiyada pullu “YouTube” hansı qiymətə olacaq?


Rusiyada pullu “YouTube” hansı qiymətə olacaq?

10.06.2018 23:20
admin

"Google" koorporasiyasına daxil olan "YouTube"un iOS əməliyyat sistemini dəstəkləyən versiyasının yeni ödənişli xidməti üçün Rusiya istifadəçilərinin ödəməli olduğu qiymət məlum olub.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu yenilik xəbəri "iGuides" nəşrinin də diqqətindən yayınmayıb.

Nəşr yazır ki, yeni əlavələr "YouTube Red" (A) və "YouTube Red" (B) adlanır. "iGuides" qeyd edir ki, "YouTube Red" (A) YouTube Premium funksiyasına, YouTube Red (B) YouTube Music Premium ilə qarşılaşdırmaq düzgündür.

ABŞ-da birinci xidmətə abunə olmaq üçün 10, ikinci xidmətə abunə olmağa görə isə 12 dollarınızdan keçməli olacaqsınız. Rusiyada isə qiymətlər ABŞ bazarı ilə müqayisədə daha aşağı olacaq. Məsələn, birinci və ikinci xidmətin qiyməti müvafiq olaraq 229 və 249 rubla (6,2 və 6,7 dollar-red.) başa gələcək. Android əməliyyat sistemini dəstəkləyən mobil telefonlar üçün isə yeni xidmətin qiymətləri hələ ki, tam bəlli deyil.

Qeyd edək ki, bir neçə həftə bundan əvvəl "Google" pullu servis olan "YouTube Red" proqramının yenidən bərpasını elan edib. Hazırda o "YouTube Premium" adlandırılacaq və YouTube Music musiqi axın xidmətinə qoşulu olacaq.

"YouTube Music" xidmətinin abunəçiləri, "YouTube"un ənənəvi istifadəçilərindən fərqli musiqilərə reklamsız, fon rejimində qulaq asa biləcəklər, həmçinin mahnı da yükləmək mümkün olacaq. "YouTube Premium"da daha orjinal kontent-film, seriallar olacaq. Xidmətin abunəçiləri "YouTube Red"də olduğu kimi reklam görməyəcəklər və videoları yükləmək şansı əldə edəcəklər.

Xatırladaq ki, "YouTube Music" mayın 22-dən etibarən ABŞ, Avstraliya, Yeni Zelandiya, Meksika, Cənubi Koreya da xidmətə başlayacaq. Xatırlatmaq yerinə düşər ki, tətbiq hələ də Azərbaycanda əlçatan deyil.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930