24,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Heç bir sosial şəbəkə bağlanmayacaq” -


“Heç bir sosial şəbəkə bağlanmayacaq” -

09.06.2018 21:55
admin

"Rusiya heç bir populyar sosial şəbəkəni və internet resursunu bağlamağa hazırlaşmır".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ənənəvi illik "Birbaşa xətt"də sualları cavablandırarkən deyib.

Blogerlərin "YouTube" və "Instagram"ın Rusiyada bloklanması ehtimalı ilə bağlı sualını V. Putin belə cavablandırıb: "Mən həm sizlərin, həm də internetdə bərabər işlədiyiniz insanların narahatlığını anlayıram. Biz heç nəyi bağlamağa hazırlaşmırıq".

Dövlət başçısı "Telegram" messenceri ətrafında yaranmış vəziyyətdən xəbərdar olduğunu da söyləyib. Onun fikrincə, xüsusi xidmət və hüquq-mühafizə orqanları internet məkanında azadlığı məhdudlaşdırmadan təhlükəsizlik məsələlərini həll etməyin müasir üsullarını tapmalıdır: "Mən bütün həmkarlarımı məhz bu yolla getməyə sövq edəcəyəm. Xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən hüquq pozuntuları, o cümlədən terrorizm təzahürləri ilə mübarizədə müasir üsullardan istifadə edilməli, azadlığın məkanı, internet də daxil olmaqla, məhdudlaşdırılmamalıdır".

Bununla yanaşı, V. Putin hesab edir ki, təhlükəsizlik məsələləri prioritet olmalıdır: "Əgər müvafiq orqanlar Sankt-Peterburq metrosundakı partlayışdan sonra terrorçuların yazışmalarını şifrələnmə üzündən izləyə bilmədiklərini mənə deyirlərsə, mən buna hansı reaksiyanı verməliyəm?.."

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930