10,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Yeni mobil prosessor daha sürətli işləyəcək


Yeni mobil prosessor daha sürətli işləyəcək

09.06.2018 08:51
admin

"Qualcomm" şirkəti "Computex 2018" sərgisi çərçivəsində yeni "Snapdragon 850" prosessorunu nümayiş etdirib. Yaxşı soyutma dərəcəsi ilə seçilən modelin "Windows" əməliyyat sisteminin idarəetməsi ilə işləyən yeni noutbuklarda quraşdırılması nəzərdə tutulur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, çip fərdi kompüterlər üçün buraxılan "Snapdragon 835" prosessorunun təkmilləşdirilmiş versiyasıdır. Yeni prosessor quruluşuna görə bu ilin bütün qabaqcıl "Android" smartfonlarında tətbiq edilən populyar "Snapdragon 845" mobil çipinə bənzəyir. 845-ci modeldən fərqli olaraq qurğu 30 faiz daha sürətlidir, LTE internetini daha sürətli (20 faiz) təmin edir və enerji səmərəliliyi ilə fərqlənir. Çip nüvələrinin baza tezliyi 2600 və 2950 MHs təşkil edir.

"Qualcomm" nümayəndələrinin sözlərinə görə, 850-ci prosessor təkmilləşdirilmiş termal idarəetməsi ilə seçilir. Bu o deməkdir ki, prosessor daha tez soyuyur və buna uyğun olaraq stabil işləyir. Bunun sayəsində model maksimum tezliklərdə uzun müddət işləyir və qızmır.

İkinci rübdə satışa çıxarılacaq "Snapdragon 850" prosessorunun ilin sonunda noutbuklarda quraşdırılacağı gözlənilir.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031