14,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Microsoft serverləri dənizdə batırılıb


Microsoft serverləri dənizdə batırılıb

09.06.2018 09:31
admin

"Microsoft" korporasiyasının mütəxəssisləri dəniz suyu ilə soyutmanın səmərəliliyini müəyyənləşdirmək məqsədilə dənizdə Şotlandiya sahili yaxınlığında 864 serveri batırıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən dəniz dibinə 27,6 istilik mübadiləsi və ya 27 600 terabayt tutumlu məlumatı özündə birləşdirən 864 serverə malik 12 dirəkdən ibarət server otağı salınıb. Bu, yüksək məhsuldarlıqlı minlərlə fərdi kompüterin informasiyasının emalı və ya yaxşı keyfiyyətli 5 milyona yaxın filmin saxlanılması üçün yetərlidir.
 
Məlumata görə, korporasiya dəniz suyunun məlumat mərkəzinin serverlərindən istiliyi effektiv ayırmasını müəyyənləşdirmək niyyətindədir.
 
Bildirilir ki, layihə çərçivəsində serverlər 5 il dəniz dibində qalacaq. Bu vaxt ərzində onlar ətraf dünya ilə güc kabeli və məlumatların ötürülməsi və ölçmə üçün naqillə bağlı olacaqlar. Təbii soyutmanın effektiv və eksperimentin uğurlu olacağı təqdirdə "Microsoft" korporasiyasının digər məlumat mərkəzlərinin serverlərinin də dəniz dibinə salınması nəzərdə tutulur.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031