21,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Taxify 175 milyon dollar investisiya aldı


Taxify 175 milyon dollar investisiya aldı

05.06.2018 22:15
admin

Estoniyada təsis edilmiş məşhur Taxify taksi servisi növbəti investisiya raundunu yekunlaşdıraraq 175 milyon dollar investisiya aldı. Nəticədə sözügedən taksi servisinin qiyməti 1 milyard dollar dəyərində qiymətləndirilib. Qeyd etmək lazımdır ki, yekunlaşdırılmış investisiya raunduna avtomobil istehsalçısı olan Daimler şirkəti liderlik edib. Beləliklə Daimler şirkətinin təmsilçiləri Taxify servisinin direktorlar şurasına daxil olacaqlar.

Milli.Az technote.az-a istinadən bildirir ki, investisiya raundunda həmçinin Avropanın vençur fondu Korelya Capital və TransferWise ödəniş sisteminin təsisçisi iştirak ediblər. Taxify əldə olunmuş investisiyanı öz texnologiyalarının inkişafı və beynəlxalq ekspansiya üçün istifadə edəcək. Taksi servisi əsasən Afrika və və bir sıra Avropa bazarlarına çıxmağı planlaşdırır. Taxify həmçinin təsdiq edib ki, o, Rusiya bazarına çıxmağa hazırlaşır. Bu məsələ barəsində hələki heç bir dəqiq tarix yoxdur.

Lakin buna baxmayaraq şirkət artıq öz saytının rus dili versiyasını istifadəyə verib. Taxify 2013-cü ildə estoniyalı sahibkar Markus Villig tərəfindən təsis edilib. Hal hazırda şirkət 25-dən çox ölkədə fəaliyyət göstərir. Şirkətin öz məlumatlarına əsasən taksi servisi 500.000-dən çox sürücü ilə 10 milyondan çox sərnişinə xidmət göstərir. Keçən il şirkətə digər məşhur taksi servisi Didi Chuxing investisiya yatırmışdı.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930