21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Telegram": "AppStore" bizi bloklayıb


"Telegram": "AppStore" bizi bloklayıb

31.05.2018 23:15
admin

"Apple" şirkəti artıq yarım aydır "Telegram" messencerini bloklayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə messencerin tərtibatçıları bildiriblər.

Onların sözlərinə görə, hazırda "AppStore"da "Telegram" əlavəsini yükləmək olur, lakin onun yenilənməsi baş vermir. "Android" üçün yenilənmələrdə isə hələlik hansısa problem baş vermir.

Qeyd edək ki, Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") "Apple" şirkətinə məktub göndərib. İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, məktubda "Apple"ə təklif olunur ki, "AppStore" onlayn mağazalar şəbəkəsindən "Telegram" messsencerini silsin. Eyni zamanda şirkətdən Rusiya ərazisində olan "Telegram" istifadəçilərinə push-bildirişlər göndərməmək tələb olunub.

"Roskomnadzor" "Apple"i görülən tədbirlər barədə ən qısa vaxtda məlumat verməyə çağırıb. Əks halda, "AppStore"un fəaliyyətini poza biləcək addımlarla üzləşəcəyini nəzərə çatdırıb.

Xatırladaq ki, "Telegram" məhkəmə qərarı ilə Rusiya ərazisində bloklanıb. Səbəb messencerin Rusiya kəşfiyyatı ilə əməkdaşlıqdan imtina etməsidir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930