20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Alimlər kağızdan ən möhkəm material hazırlayıblar


Alimlər kağızdan ən möhkəm material hazırlayıblar

15.05.2018 08:31
admin

Bəşəriyyət artıq bir neçə min ildir kağızdan istifadə edir və bu vaxt ərzində o, həyatımızın bütün sahələrində geniş tətbiq edilib. Amma alimlər həmişə məşhur  əşyalara yeni nöqteyi-nəzərdən baxmağa çalışırlar. "EurekAlert!" nəşri yazır ki, alimlər qrupu tərəfindən adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, İsveç Kral Texnologiya İnstitutu  və ABŞ Kimya Cəmiyyətinin  əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər: nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər. Bir sözlə, hissəciklərin ölçüləri cüzi böyüdülüb.

Ekspertlər, həmçinin müəyyənləşdiriblər ki, yeni material bir çox metal ərintisi və şüşə liflərdən daha möhkəmdir, həmçinin hörümçək ipəyindən 8 dəfə daha sərtdir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031