13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Android Oreo populyarlaşır


Android Oreo populyarlaşır

15.05.2018 08:41
admin

"Google" şirkəti "Android" əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistika dərc edib. "Oreo" versiyasının payı 5 faizi üstələyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Android Nougat 7.0-7.1" versiyası qurğuların 31,1 faizində quraşdırılıb ki, bu da ən yüksək göstəricidir. Bu yaxınlaradək birinci yeri tutan "Android Marshmallow 6.0" modifikasiyası hazırda 25,5 faiz göstərici ilə ikinci pillədə qərarlaşıb. Liderlər üçlüyünü "Android Lollipop 5.0-5.1" (22,4 faiz) tamamlayıb.
 
Hazırda "Android" sisteminin ən yeni "Oreo 8.0-8.1" versiyası "Google" mobil platformasının idarəetməsi ilə işləyən qurğuların 5,7 faizində tətbiq edilib. 2018-ci ilin əvvəlində pay 0,7 faizə bərabər olub.
 
"Oreo" tədricən bazarda yayılır, məsələ istifadəçilərin qurğuları yeniləməməsində yox, qurğu istehsalçıları və operatorlar tərəfindən smartfonların 2017-ci ilin avqustunda buraxılan yeni platformaya keçirilməsinin yubadılmasındadır.
 
"Android" versiyalarının populyarlıq reytinqində, həmçinin "KitKat" (10,3 faiz), "Jelly Bean" (4,3 faiz), "Gingerbread" (0,3 faiz) və "Ice Cream Sandwich" (0,4 faiz) yer alıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031