20,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » ZTE smartfonlarının satışı dayandırılıb


ZTE smartfonlarının satışı dayandırılıb

15.05.2018 08:51
admin

"ZTE" şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə əsas əməliyyat fəaliyyətini dayandırıb. Şirkətin rəsmi internet mağazası bağlanıb və "Taobao" saytında elektronikanın satışı aparılmır.   
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bundan əvvəl ABŞ qanunvericilik orqanları tərəfindən yerli şirkətlərə 2025-ci ilədək Çinə qurğuların komplekt hissələrinin ixracı qadağan edilib. Problem ondadır ki, Çin şirkətinin əsas tədarükçüləri məhz ABŞ-da fəaliyyət göstərir.
 
Məlumata görə, "ZTE" şirkəti yeni komplekt hissə tədarükçüləri tapacağı halda fəaliyyətini davam etdirəcək. "the Wall Street Journal" nəşri bildirir ki, bundan sonra smartfonlarda Tayvanın "MediaTek" istehsalçısının prosessorları quraşdırılacaq.
 
Bundan başqa, şirkət vacib smartfonlar bazarından məhrum ola bilər. "ZTE" brendi stabil olaraq ABŞ-da ən populyar qurğular beşliyinə daxildir. ABŞ hökuməti Çin smartfonlarının hərbi bazalar ərazisində satışına qadağa tətbiq edib. Daha əvvəl isə Federal Təhqiqatlar Bürosu (FTB) ölkə sakinlərini Çin smartfonlarından istifadənin təhlükəsi barədə xəbərdarlıq edib. Büronun məlumatına görə, bu qurğular fərdi məlumatları oğurlayaraq üçüncü şəxslərə ötürə bilərlər.
 
"Reuters" agentliyi analitiklər arasında sorğu keçirərək onların məsələyə münasibətini öyrənib. Onların qənaətinə görə, şirkəti iflas gözləyir. Qeyd edək ki, smartfonlar şirkətin yeganə məhsulu deyil. Belə ki, "ZTE" böyüklüyünə görə ikinci telekommunikasiya avadanlığı istehsalçısı hesab olunur.
 
Xatırladaq ki, ABŞ hökuməti "Huawei" və "ZTE" şirkətlərinə qarşı sanksiyaları başqa səbəbə görə tətbiq edib. Hökumət Çin istehsalçılarını İrana elektronika tədarükündə günahlandırır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031