13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Nokia X-ın xüsusiyyətləri məlum olub


Nokia X-ın xüsusiyyətləri məlum olub

15.05.2018 09:31
admin

Finlandiyanın "Nokia" brendli smartfonların buraxılışı ilə məşğul olan "HMD Global" şirkəti tezliklə qabaqcıl "Nokia X" (Nokia X6) smartfonunu nümayiş etdirəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Çinin "TENAA" Sertifikasiya Agentliyinin saytında dərc edilən sənədə görə, "Nokia X" smartfonu takt tezliyi "Snapdragon 636" prosessoruna uyğun prosessorla təchiz ediləcək. Smartfon "Nokia 6" (2018-ci ildə buraxılan və zəif Snapdragon 630 prosessoru ilə təchiz edilən) və "Nokia 7 plus" (Snapdragon 660) modellərinin texniki xüsusiyyətlərini özündə birləşdirəcək.

Agentliyin məlumatına görə, "Nokia X" bir neçə versiyada buraxılacaq. Belə ki, alıcılara 3,4 və ya 6 giqabayt tutumlu operativ yaddaşa malik modellər təklif olunacaq. Quraşdırılmış yaddaş 32 və ya 64 giqabayta bərabər olacaq. Ekranın diaqonalı 5,8 düym, tərəflərinin nisbəti 19:9, təsvir ölçüsü isə 2280x1080 piksel təşkil edəcək. Qurğu qabaritlərinə görə "Nokia 6" (2018) modelinə oxşar (147,2x71x8 millimetr) olacaq.

Smartfon 16 meqapikselli əsas və ön olmaqla iki kamera ilə təchiz ediləcək. Çıxarılmayan batareyanın tutumu 3 min milliamper/saat təşkil edəcək. Smartfonun ABŞ-da 250 dollara satışa çıxarılması nəzərdə tutulur.

"Nokia X" smartfonunun təqdimatı mayın 16-na planlaşdırılır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031