17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » “Google”dan istedadlı azərbaycanlıya jest:


“Google”dan istedadlı azərbaycanlıya jest:

10.05.2018 23:04
admin

Azərbaycanlı rejissor, rəssam və jurnalist Röyal Paşayev Amerikanın "Google" transmilli ictimai korporasiyasının art-direktoru təyin edilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Paşayevin dostları onu "Facebook" səhifəsində bu münasibətlə təbrik ediblər.

Bundan sonra "Google"un bütün yeni layihələrində azərbaycanlı rəssamın da ideyalarından istifadə ediləcək.

Qeyd edək ki, Röyal Paşayev 25 dekabr 1985-ci ildə Gəncədə anadan olub. O, uzun illər valideynləri ilə birlikdə Ukraynada yaşayıb. Orta məktəbi bitirəndən sonra ailəsi ilə birlikdə Bakıya qayıdıb və burada jurnalistika ilə məşğul olub. "Odlar yurdu" universitetinin məzunudur. 2007-ci ildə H.O.S.T. musiqi qrupunu yaradıb. Qrupun konsertlərinin, poster və simvollarının da dizaynını özü verib. Qrup 2012-ci ildə dağılıb. Paşayev "MadHouse Community" musiqili leyblın meneceri olub. 2015-ci ildə onun "Magdalena" adlı incəsənət layihəsi təqdim edilib. O, bu layihədə dünyanın məşhur aktrisa və müğənnilərini fərqli hicablarda təsvir edib.

Paşayev artıq xeyli müddətdir ki, ABŞ-ın Nyu-York şəhərində yaşayır və işləyir.

Xatırladaq ki, bir neçə il əvvəl "Google"un baş direktoru Larri Peyc rəhbərlik etdiyi şirkətin illər ötdükcə daha az innovasiya təqdim edən şirkətə çevrilməsindən narahatlığını ifadə etmişdi. O bildirmişdi ki, kadr yerdəyişmələri ona yeni layihələrə köklənməyə kömək edəcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031