17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Məlumatları 550 km-dək məsafəyə göndərmək olacaq


Məlumatları 550 km-dək məsafəyə göndərmək olacaq

08.05.2018 22:10
admin

"Toshiba" şirkətinin mütəxəssisləri müasir texnologiyaların köməyi ilə təhlükəsiz mesajlar göndərmək üçün kvant mexanikasının qanunlarına əsaslanan yeni üsul düşünüblər. Yeni üsulla təhlükəsiz məlumatların 550 km-dək məsafəyə göndərilməsi mümkündür. Bu halda şifrləmə açarı bütün məlum üsulların heç biri ilə ələ keçirilə bilməz.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Toshiba" şirkətinin mütəxəssisləri tərəfindən düşünülmüş kvant mexanikasının qanunlarına əsaslanan üsul haqda informasiya "Nature" jurnalında dərc edilib və hazırda nəzəri xarakter daşıyır. Ancaq artıq gələn il "Toshiba" təqdimat keçirməyi, sonrakı 2 il ərzində isə məlumat mübadiləsi üçün işlək üsulun prototipini yaratmağı planlaşdırır.

Əksər alimlər belə hesab edirlər ki, gələcəkdə dünyada qurulacaq təhlükəsiz kvant şəbəkələri ilə yüksək təhlükəsizlik tələb edən genetik məlumatlar, hökumət məlumatları və başqa informasiya mübadilə ediləcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031