17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » LG G7 ThinQ təqdim olundu


LG G7 ThinQ təqdim olundu

08.05.2018 22:15
admin

"LG Electronics" şirkəti "LG G7 ThinQ" adlı yeni qabaqcıl smartfonunu təqdim edib. Aparat "ThinQ" süni intellekt funksiyasına  və güclü texniki xüsusiyyətlərə malikdir.

"LG G7 ThinQ" smartfonu çərçivəsiz dizayna malikdir, ikiqat əsas kamera və arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilib. "Google Assistant" səsli köməkçisindən istifadə üçün ayrıca düymə nəzərdə tutulub. Korpus "Gorilla Glass 5" qoruyucu şüşəsi və metal çərçivədən ibarətdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfon "Qualcomm Snapdragon 845" prosessoru, tərəflər nisbəti 19,5:9 olan və "Quad HD+" (3120x1440 piksel) təsvir ölçülü 6,1 düymlük ekran, 8 meqapiksellik ön kamera, ikiqat əsas kamera (16+16 meqapiksel) ilə təchiz edilib. "LG G7 ThinQ" aparatının standart versiyası 4 QB əməli və 64 QB daxili fləş yaddaş, "LG G7+ ThinQ" isə 6+128 QB ilə təchiz edilib. Hər iki halda "microSD" formatlı kartla yaddaşı 2 TB-dək artırmaq imkanı nəzərdə tutulub. "Quick Charge 3.0" sürətli enerji doldurma  və simsiz enerji doldurma imkanına malik akkumulyatorun tutumu 3000 milliamper/saatdır.

"4G VoLTE", "Wi-Fi (802.11 ac)", "Bluetooth 5 LE", "GPS", "NFC", "USB Type-C" portu və qulaqlıq üçün 3,5 mm-lik konnektor mövcuddur. "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfon "IP68" standartına müvafiq olaraq su və tozdan qorunub, həmçinin möhkəmliyinə görə "MIL-STD 810G" adlı hərbi standartına uyğundur. Aparatın ölçüləri 153,2x71,9x7,9 mm, çəkisi 162 qram təşkil edir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031