17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Nikola Motor Tesla-dan 2 milyard dollar tələb edir


Nikola Motor Tesla-dan 2 milyard dollar tələb edir

06.05.2018 21:15
admin

Amerikanın hidrogen mühərriklər üzərində çalışan yük maşınları istehsalçısı Nikola Motor şirkəti elektromobil və elektrikli yük maşınları istehsalçısı Tesla şirkətinə qarşı Arizona ştatının məhkəməsində ittiham qaldırıb. Nikola Motor şirkətinin verdiyi məlumata əsasən Tesla onun bir çox patentini pozub və şirkətin əsas mühəndisini özünə cəlb etmək istəyib. Nikola Motor dəymiş zərəri 2 milyard dollar dəyərində qiymətləndirir.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə The Verge saytı xəbər verib. Məhkəməyə təqdim olunmuş sənədlərdə Nikola Motor şirkətinin təmsilçiləri qeyd ediblər ki, Tesla şirkəti Nikola Motor-un istehsal etdiyi yük maşınının gövdəsini, qabaq şüşəsini və s. kimi özəlliklərini kopyalayıb. Məhkəmə iddiasında Nikola Motor bildirib ki, o, gövdəni əhatə edərək sürücüyə daha çox baxış bucağı imkanını verən unikal qabaq şüşə hazırlayıb.

Şirkət həmçinin bildirib ki, özünün Tesla Semi adlı elektrikli yük maşınının təqdimatından bir neçə ay öncə Tesla şirkəti Nikola Motor-un əsas mühəndisini öz tərəfinə çəkməyə cəhd edib. Nikola Motor-un verdiyi məlumata əsasən patent məsələsində qanun pozuntusunu şirkət hələ 2017-ci ildə Tesla Semi-nin sızdırılmış fotoları sayəsində müəyyən etmişdir. Daha sonra şirkət Tesla-ya elektrikli yük maşınının təqdimatını bu məsələnin aydınlaşdırılmasına kimi təxirə salmağı tələb etmişdi. Tesla şirkətinin təmsilçiləri isə bildiriblər ki, Nikola Motor-un məhkəmə iddiası tamamilə mənasızdır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031