-0,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Kadırov "Telegram"ın bağlanmasına qarşı çıxdı


Kadırov "Telegram"ın bağlanmasına qarşı çıxdı

13.04.2018 00:15
admin

Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" messencerinin bağlanmasına qarşı çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

"Mən hər zaman hökumətin bütün meydançalarda açıq və birbaşa dialoqunun tərəfdarı olmuşam. Ona görə mənim bütün sosial şəbəkələrdə akkauntlarım var. Hamı bilir ki, mən aktiv "Telegram" istifadəçisiyəm və həm şəxsi, həm də işlə bağlı məsələlərdə messencerdən istifadə edirəm" - deyə o qeyd edib.

"Telegram"ın bağlanmasının əleyhinə olduğunu yazan Kadırov "Roskomnadzor" və messencer rəhbərliyi arasında qanunvericiliyə və istifadəçilərin maraqlarına uyğun kompromisin tapılacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor") "Telegram" şirkətinə qarşı iddia qaldırıb. Buna səbəb şirkətin istifadəçi mesajlarını şifrələməsi üzrə açarlarla bağlı göstərilən müddət ərzində cavab verməməsidir.
Xatırladaq ki, 2017-ci ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidməti "Telegram"dan istifadəçilərin məlumatlarının şifrələnməsi üçün açarları təqdim etməyi tələb edib. "Telegram" rəhbərliyi bu tələbi texniki olaraq mümkünsüz adlandırıb və ona bir neçə instansiyada etiraz etməyə çalışıb. Ancaq bütün bunlar uğursuz olub. Bu il martın 20-də şirkətin iddiası Rusiya Ali Məhkəməsi tərəfindən rədd edilib.
"Roskomnadzor" messencerə təhlükəsizlik orqanlarına şifrələlənmə açarlarını təqdim etmək üçün 15 sutka vaxt verib. Bu müddət aprelin 4-də başa çatıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031