-0,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Telegram”ın vəkili FTX rəhbərinə dəmir açar göndərdi - FOTO


“Telegram”ın vəkili FTX rəhbərinə dəmir açar göndərdi - FOTO

10.04.2018 22:37
admin

Rusiya məhkəməsində "Telegram"ın hüquqlarını qoruyan vəkil Pavel Çikov,  sosial şəbəkənin təsisçisi Pavel Durovun  guya, Federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikova dəmir açar ötürdüyünü əks etdirən şəkil paylaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki,Moskvanın "Teleqram" rəhbərliyindən tələb etdiyi kodlaşma açarlarını simvolizə edən həqiqi dəmir açarların ərizənin üzərindəki fotosu vəkilin rəsmi kanalında dərc olunub.

Ərizəni Bortnikov təsisçi Pavel Durovun adından yazıb. Orada təsisçi guya,  federal qanun və terrora qarşı qanunverici aktların tələblərini yerinə yetirdiyini bildirir.

"Ən xoş arzularla Sizə "Telegram" messencerinin açarlarını (iki ədəd) göndərirəm" deyə Durovun saxta məktubunda deyilir.

Habelə məktubun sosial şəbəkələrdə yayılmasından sonra jurnalistlər Çikova məsələ ilə bağlı müraciət edib və vəkil bildirib ki, şəkil naməlum müəllifə məxsusdur və həqiqəti əks etdirmir.

Xatırladaq ki, aprelin 6-da, "Roskomnadzor"un nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, Rusiyada "Telegram Messenger"nin  bağlanmasını  tələb edib.

Buna səbəb şirkətin şəxsi ismarıcların deşifrələnməsinə imkan verən kodlaşma açarlarını Moskvaya təqdim etməkdən imtina etməsidir.

Rusiyanın Federal təhlükəsizlik xidməti, kodlaşma açarlarını dövlətə qarşı terror və cinayət əməlləri planlaşdıran şəxslərin yazışmalarını ələ keçirmək, terrorçuları ifşa etmək üçün  istədiyini açıqlayıb. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031