6,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Qled ilə dolaşıq kabellərdən azad olun


Qled ilə dolaşıq kabellərdən azad olun

03.04.2018 11:00
admin

Adətən adi televizorlar tarixə qərq olur və onların yerini tamamilə yeni, fərqli funksiyalı, incə dizaynlı modellər tutur. Belə ki, 12 il ardıcıl olaraq televizor bazarında lider olan Samsung kampaniyası Nyu Yorkda keçirilən tədbirdə QLED televizorlarının yeni 2018-ci ilə aid məhsul xəttini təqdim edib.

QLED TV-lərin iş prinsipi kampaniyanın öz istehsalı olan və televizor bazarında analoqu olmayan Quantum Dot texnologiyasına əsaslanır. Bu texnologiya daha yüksək parlaqlıq və təzadlıq ifadə edən kvant nöqtələri örtüyü əsasında işləyir. Televizor ekranının tam sahəsini əhatə edərək örtük yaradan bu nöqtələr işığı əks etdirərək rəngləri daha təbii ötürür. Yeni QLED televizorları, bir milyarda qədər rəng çaları ifadə edə bilir və bunun sayəsində gördüyünüz təsvir, sanki pəncərədər baxar kimi, daha canlı ötürülür. Bir çox hallarda otağın çox işıqlı və ya çox qaranlıq olması səbəbindən ekranda baş verənləri aydın seyr etmək mümkün olmur. Lakin QLED TV 2018 ilə bu hal baş vermir. QHDR texnologiyası sayəsində ekranda seyr etdiyiniz hər bir detal ayrı ayrılıqda qeyd edilir və işıqlandırmadan asılı olmayaraq hər bir səhnəni aydın görmək olur.

Samsung televizorları - sözün əsl mənasında sənət inciləridir ki, onların içindən sizin zövqünüzü oxşayan və məkanınıza gözəllik qatan modeli asanlıqla seçə biləcəksiniz. Bu dizaynın əsas fəlsəfəsi, sizin fikrinizi yayındıran kommunikasiya xətlərindən və digər faktorlardan azad olub, interyerə incə zəriflik bəxş etməkdir. QLED-in bütün detalları elə bir tərzdə istehsal olunub ki, gərək olmadıqca siz onların olub olmamasını hiss etməyəcəksiniz. Detallarda minimalizm sizi seyrdən və ekranda baş verənlərdən yayındırmamaq üçün nəzərdə tutulub. Buna misal olaraq "çərçivəsiz" ekranı qeyd etmək olar ki, onun sayəsində televizor interyerin bir hissəsinə çevrilərək sizin diqqətinizin yalnız ekrana yönəlməsini təmin edir. İdeal düşünülmüş divara bərkitmə sistemi və dayaq, həm etibarlı istinad, həm də estetik mükəmməl konstruksiya rolunu oynayır.

Oyun konsolunu və DVD pleyeri hər dəfə çıxarmaq, sonradan isə çox yer tutduğu üçün yerinə toplamaq lazım gəldiyini xatırlayırsınız? Həmçinin, o dolaşıq kabelləri də çox güman ki, unutmamısız .Samsung QLED TV sizə ağıllı bir həll təqdim edir - One Connection. Demək olar ki, görünməyən yeganə kabel özündə bütün qoşulmaları toplayaraq, sizə narahatçılıq törədən xətlərdən azad olmağa imkan yaradır. Belə ki, One Connection sayəsində Siz televizoru istədiyiniz yerdə yerləşdirə bilərsiniz. Bu olduqca rahatdır,çünki artıq televizorunuzu hətta, divardan asaraq bütün cihazların qoşulu olduğu modulu şkafda gizlədib, sadəcə bir xətlə çıxışı təmin edə bilərsiniz. Belə ki, One Connection elektrik enerjisini və hər cihazdan gələn siqnalı toplayaraq bir kabel daxilində televizorunuza ötürəcək.

Samsung QLED TV- televizor seyrindən alacağınız zövqlə birgə, rahatlığın keyfiyyətlə və unikal dizaynla olan ahəngidır.

Samsung QLED TV televizorları haqqında əlavə məlumat almaq üçün Baku Electronics, Kontakt Home, Maxi.az, Soliton və Optimal mağazalar şəbəkəsinə müraciət edə bilərsiniz.

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031