20,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » ABŞ-da “Facebook” haqqında təhqiqat başladı


ABŞ-da “Facebook” haqqında təhqiqat başladı

29.03.2018 09:31
admin

ABŞ Federal Ticarət Komissiyası milyonlarla istifadəçinin şəxsi məlumatlarının yayılması faktı ilə əlaqədar "Facebook" haqqında təhqiqata başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə komissiyanın martın 26-da verdiyi rəsmi açıqlamada bildirilib.

Qurum sosial şəbəkənin istifadəçilərin gizli məlumatlarının müdafiəsini necə təşkil etməsini yoxlayacaq. "Federal Ticarət Komissiyası mətbuatda yayılan informasiyalara çox ciddi yanaşır və "Facebook"da konfidensiallıq qaydalarına riayət olunmaması məsələsindən ciddi narahatlıq keçirir. Komissiya təsdiqləyir ki, bu qaydalarla bağlı təhqiqat aparır", - deyə açıqlamada bildirilir.

Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Vera Yurova da "Facebook"a qarşı tədbir görəcəklərini açıqlayıb.

Xatırladaq ki, sosial şəbəkənin 50 milyon istifadəçisinin məlumatlarının Böyük Britaniyanın "Cambridge Analytica" firmasının əlinə keçdiyi məlum olub. "Cambridge Analytica" ABŞ-da 2016-cı il prezident seçkiləri ərəfəsində Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib, "Facebook" istifadəçiləri haqqında məlumatların toplanmasına isə Rusiya ilə əlaqələri olan alim - Aleksandr Koqan köməklik göstərib. "Facebook" istifadəçilərinin şəxsi bilgiləri Kembric Universitetinin elmi əməkdaşı A. Koqanın işləyib hazırladığı proqram əlavəsi ("thisismydigitallife") vasitəsilə toplanıb. 

Artıq Britaniya polisi "Cambridge Analytica"nın ofislərində axtarış aparıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031