6,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » ABŞ-Çin ticarət savaşında önəmli cəbhə -


ABŞ-Çin ticarət savaşında önəmli cəbhə -

29.03.2018 09:41
admin

ABŞ və Çin arasında başlayan ticarət müharibəsində "cəbhə"lərdən biri yüksək texnologiyalar sahəsidir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq tərəflər bu istiqamətdə qarşılıqlı addımlara başlayıblar.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ötən həftə Çini ABŞ şirkətlərindən texnoloji sirləri oğurlamaqda ittiham edərək və iki ölkə arasındakı ticarətdə ABŞ əleyhinə böyük kəsirin yarandığını əsas gətirərək bu ölkədən idxal olunan bəzi məhsullara 60 milyard dollar həcmində əlavə gömrük rüsumu tətbiq olunmasına qərar verib. O, Çini qarşılıqlı ticarətdəki ABŞ əleyhinə olan kəsiri 100 milyard dollar həcmində azaltmağa çağırıb. Çin isə buna cavab olaraq ABŞ məhsullarına əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb.  

İki ölkə arasında süni zəka, kvant hesablama, yeni nəsil simsiz internet kimi sahələrdə rəqabət də qızışır, tərəflər artıq bir-birinin texnoloji şirkətlərinə qarşı cəzalar, cərimələr kəsməyə başlayıb. Belə ki, Donald Tramp mərkəzi ofisi Sinqapurda yerləşən "Broadcom" şirkətinin "Qualcomm"u satın almasını qadağan edib. Bu addım "Qualcomm"un mövqelərinin zəifləməsi və nəticədə Çinin "Huawei" şirkətinin 5G texnologiyaları sahəsində önə keçməsi ehtimalı ilə əlaqədar atılıb. 
Çin hökuməti isə rəsmi idarələrin "Microsoft Windows"un son versiyasını yükləməsini qadağan edib. Dövlət orqanları üçün texnoloji ləvazimatlar alınarkən "Apple", "İntel", "Cisco" kimi şirkətlərdən faydalanmağa da son qoyulub. "Qualcomm" isə rəqabət qaydalarını pozmaq ittihamı ilə 975 milyon dollar cərimələnib.  

Ticarət müharibəsinin davam edəcəyi təqdirdə, texnoloji sahədə qarşılıqlı sanksiyaların davam edəcəyi qaçılmazdır

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031