8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Facebook-dakı arxiv məlumatlarınızı necə yükləyə bilərsiniz?


Facebook-dakı arxiv məlumatlarınızı necə yükləyə bilərsiniz?

29.03.2018 09:45
admin

Dünya miqyasında 1.5 milyard istifadəçisi olan Facebook sosial şəbəkəsində ən çox narahatlıq doğuran və maraq yaradan mövzulardan biri heç şübhəsiz ki, şəxsi məlumatlardır. Facebook hansı məlumatlarımızı əldə edir? Bizimlə bağlı nələri bilir? Üzv olduğumuzdan bəri kimləri dostluq siyahısından çıxarmışıq? Nələri bəyənib nələrə rəy bildirmişik?

Bütün bu məlumatları yenə Facebook vasitəsilə yükləyərək öyrənmək mümkündür. Facebook-da arxivi yükləmək üçün lazım olanları bir-bir qeydə aldıq. Əldə olunan nəticələr əmin olun ki, sizi də heyrətləndirəcək!

Facebook hesabınıza daxil olduqdan sonra Parametrlər (Settings) bölməsinə keçid edin
Ümumi Hesab Parametrləri (General Account Settings) bölməsinin altında Facebook məlumatlarının surətini endir (Download a copy of your Facebook data) bölümünə daxil olun.
Daha sonra açılan Məlumatları endir (Download Your Information) səhifəsindəki Arxivi başlat (Start My Archive) butonuna klikləyin.
Milli.Az technote.az-a istinadən bildirir ki, bu butona kliklədikdən sonra Facebook-a daxil olduğunuz elektron poçt ünvanınıza məlumatlandırma məktubu gələcək. Təxminən 5 dəqiqə sonra isə Facebook-dan ''Yükləmə prosesi yekunlaşdı'' başlığıyla gələn ikinci məktubla arxivinizi yükləmək üçün link göndəriləcək.
Bu linkə kliklədiyiniz zaman açılan səhifədə Facebook şifrənizi daxil etdikdən sonra qarşınıza çıxan Arxivi yüklə ilə sosial şəbəkədə bu günə qədər olan bütün məlumatlarınızı və hərəkətlərinizi saxlayan şəxsi Facebook arxivinizi .zip sənədi kimi yükləyə bilirsiniz.
   Facebook arxivinizdə nələr var? Mövcud dostlarınızdan əlavə, göndərilən, amma hələ də cavablanmayan dostluq sorğularınız, təsdiqləmədiyiniz dostluq sorğuları və bir çox şəxsin maraqlandığı, silinən dostlar və s. Xəbər lenti məlumatlarınıza, paylaşdığınız yazılara, mesajlarınıza, fotolarınıza, kliklədiyiniz reklamlara, Facebook-a giriş və ya çıxış etdiyiniz zaman qeyd olunan İP adreslərinizə və tarixlərinə, eləcə də digər məlumatlara Facebook arxivi ilə daxil olmaq mümkündür.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031