19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,27 AZN

описание


» » Curiosity aparatı Marsdakı 2000-ci gününü qeyd edir


Curiosity aparatı Marsdakı 2000-ci gününü qeyd edir

29.03.2018 09:55
admin

NASA tərəfindən 2011-ci ildə kosmosa göndərilən və 2012-ci ildə Marsın səthinə enən Curiosity kosmik aparatı planetdəki 2000-ci gününü dünən başa vurdu. 2011-ci ildə kosmosa göndərilən və 6 avqust 2012-ci ildə Marsda Gate kraterinə enən kosmik aparat qırmızı planetə endiyi gündən bu günə qədər 154 kilometr yol qət edib.

Milli.Az technote.az-a istinadən bildirir ki, kosmik aparatın istifadə müddətinin 700 gündən sonra başa çatacağı güman edilirdi. Amma Curiosity demək olar ki, 3 dəfə çox orada qala bildi. Hər bir halda bu onun problemlər yaşamadığı anlamına gəlmir. Əvvəla kosmik aparatın performansında müəyyən düşmələr var. Artıq daha yavaş hərəkət edən Curiosity-nin gövdə və şinlərində hava şərtlərindən qaynaqlanan aşınmalar yaranmağa başlayıb.

Curiosity Mars planetində iqlim şərtləri və həyatla bağlı məlumatlar əldə etmək üçün müxtəlif analizlər və araşdırmalar aparır. Təxminən 3x2x2 metr ölçülərinə və 889 kq ağırlığa sahib olan Curiosity tərəfindən çəkilib NASA-ya göndərilən görüntülər bütün dünyada maraq görür. Üstündəki müxtəlif ölçü cihazları ilə Mars səthini araşdırıb nümunələr götürən və bunları analiz edən Curiosity qırmızı planetlə bağlı olaraq vacib məlumatların üzə çıxmasına yardımçı olmuşdu. NASA-dan verilən açıqlamada görə Curiosity kosmik aparatının araşdırmalarının davam edəcəyi bildirilir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30