19,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Facebook" trilyonlarla dollar cərimə ödəyə bilər


"Facebook" trilyonlarla dollar cərimə ödəyə bilər

28.03.2018 00:22
admin

"Facebook" ən çətin günlərini yaşayır. İstifadəçi məlumatları ilə bağlı baş verən qalmaqal nəticəsində şirkət, trilyonlarla dollar pul cəzaları ilə qarşı-qarşıya qala bilər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ-da istehlakçı hüquqlarını qorumaqla vəzifəli olan Federal Ticarət Komissiyası sosial media nəhəngi ilə bağlı istintaq başladıb. Komissiya 50 milyon istifadəçinin şəxsi məlumatlarının siyasi təhlil şirkətlərinin əlinə necə keçdiyini araşdıracaq.

"Facebook" 2011-ci ildə Federal Ticarət Komissiyası ilə imzalanan bir anlaşmayla hər pozuntuya görə 40 min dollar ödəməyi qəbul etmişdi.

Komissiyanın keçmiş rəhbəri David Vladeck deyib ki, "Facebook" buna görə trilyonlarla dollar cəza ilə qarşı-qarşıya qala bilər.

İstintaq ilə bağlı Komissiya tərəfindən verilən açıqlamada səslənən iddiaların olduqca ciddiyə alındığı bildirilib. Komissiyanın rəhbəri Tom Pahl deyib ki, "Facebook"un istehlakçılara əhəmiyyətli zərərlər verib-vermədiyi araşdırılacaq.

Qalmaqalın ortaya çıxmasının ardından bazar dəyəri təxminən 70 milyard dollar azalan sosial media nəhəngindən araşdırmaya dair verilən açıqlamada, "Şəxslərin məlumatlarının qorunmasına olan güclü bağlılığımız davam edir. Komissiyanın mümkün suallarına cavab vermək imkanını məmnuniyyətlə qarşılayarıq" deyilib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30