16,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,28 AZN

описание


» » Raspberry Pi təkmilləşdi - VİDEO


Raspberry Pi təkmilləşdi - VİDEO

20.03.2018 09:15
admin

Böyük Britaniyanın "Raspberry Pi Foundation" təşkilatı 35 dollarlıq "Raspberry Pi" minikompüterinin yeni modelini satışa çıxarıb. Yeni "Raspberry Pi 3 Model B+" qurğusunun təkmilləşdirilən texniki xüsusiyyətləri kimi 1,4 QHs takt tezlikli (Pi 3 modelində bu göstərici 1,2 QHs tezlikli BCM2837 prosessor təşkil edir) dördnüvəli "Broadcom BCM2837B0" prosessorunu, ikidiapazonlu "Wi-Fi" şəbəkəsini və sürətləndirilən "Ethernet" lokal şəbəkə texnologiyasını qeyd etmək olar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, simli və simsiz şəbəkənin buraxılış qabiliyyəti təxminən üç dəfə artıb. Model iki - 2,4 və 5 QHs diapazonunda işləyir, 1 giqabitlik "Ethernet" isə "USB 2.0" vasitəsilə məlumatların 300 Mbit/saniyə sürətində ötürülməsini dəstəkləyir. Qənaətcil "Bluetooth Low Energy" standartını dəstəkləyən "Bluetooth 4.2" minikompüterdən "Əşyalar interneti" və "ağıllı" ev qurğuları üçün qovşaq kimi istifadəyə imkan verir.
 
Bundan başqa, "Raspberry Pi 3 Model B+" modelində "Ethernet" vasitəsilə məlumatlarla yanaşı, enerjinin ötürülməsini təmin edən "Power over Ethernet" (PoE) texnologiyası quraşdırılıb. Qurğunun qabaritləri və qiyməti (35 dollar) əvvəllər olduğu kimi dəyişməz qalıb.  
 
Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan "Raspberry Pi" birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən "ARM1176JZF-S" prosessor, "Full HD" təsvir ölçüsünü dəstəkləyən "VideoCore IV" videosürətləndirici və 256 MB operativ yaddaşa malik "Broadcom BCM2835" sistemli çip (SoC) üzərində yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və "HDMI", eləcə də qulaqcıq və ya masaüstü audiosistemin qoşulması üçün 3,5 millimetrlik çıxışla təchiz edilib.  
 
Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30