22,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Köhnə Android-lərdə Skype bərpa olundu


Köhnə Android-lərdə Skype bərpa olundu

07.03.2018 08:21
admin

Bir neçə gün əvvəl "Microsoft" korporasiyası "Android" əməliyyat sisteminin köhnə versiyalarının (o cümlədən Android 4.0.3 və Android 5.1) idarəetməsi ilə işləyən qurğular üçün "Skype" əlavəsinin yeni optimallaşdırılmış versiyasını təqdim edib.    
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yaxın günlərdə başlayacaq yenilənmənin bir neçə həftə ərzində bütün müvafiq qurğularda quraşdırılacağı gözlənilir.
 
"Google" şirkətinin məlumatına görə, fevralda "Android 4.0.3-5.1" versiyasının aktiv "Android" qurğularında payı 42 faizə yaxın olub.
 
"Microsoft" korporasiyası 2017-ci ilin iyulunda bir sıra əməliyyat sistemləri üçün "Skype" proqramının dəstəklənməsini dayandırması nəticəsində milyonlarla istifadəçi servisdən yararlanmaq imkanından məhrum olub. Proqramdan istifadəni davam etdirmək üçün istifadəçilərdən daha müasir platformalara keçmək tələb olunub.
 
Rəsmi "Skype" dəstəyindən "Windows 8" və "Windows 8.1" əməliyyat sistemləri, eləcə də 4.0.2-dən aşağı "Android" versiyaları, "Blackberry OS 7.1" və daha aşağı versiyalar, "iOS 7" və daha aşağı versiyalar, "Mac OS X 10.8" və daha aşağı versiyalar məhrum olub. Bundan başqa bu, "Windows RT" və "Symbian OS" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğulara şamil edilib.
 
"Microsoft" korporasiyası "Windows Phone" istifadəçilərinə qurğu tərəfindən dəstəklənəcəyi təqdirdə daha yeni "Windows 10 Mobile" əməliyyat sistemini quraşdırmağı tövsiyə edir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930