9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Qualcomm şirkəti 5G-də əməkdaşlıq edəcək


Qualcomm şirkəti 5G-də əməkdaşlıq edəcək

13.02.2018 08:31
admin

Dünyanın ən böyük mobil modem sxem istehsalçılarından biri olan "Qualcomm" şirkəti bu sahədə daha bir uğura imza atıb. Belə ki, şirkət iri smartfon istehsalçıları ilə əməkdaşlığa başlayır. Əməkdaşlıq çərçivəsində onlar "Qualcomm" şirkətinin "5G" modemləri ilə təchiz edilən qurğular buraxmağa hazırlaşırlar.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin məlumatına görə, söhbət "Snapdragon X50 5G NR" çip ailəsindən gedir. "5G NR" (NR - New Radio, "yeni radiorabitə") hazırda "3GPP" konsorsiumu tərəfindən standartlaşdırılan beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) "bütöv" spesifikasiyasıdır.

"Qualcomm" şirkətinin məlumatında 18 iri smartfon və digər telekommunikasiya avadanlığı istehsalçısı sadalanır. Onlar arasında "HMD" (Nokia smartfonlarının buraxılışı ilə məşğuldur), "Sony", "Xiaomi", "Oppo", "Vivo", "HTC", "LG", "Asus", "ZTE", "Sharp", "Fujitsu" və s. şirkətlər yer alıb. Eyni zamanda siyahıda dünya smartfonlar bazarının 3 liderinə - "Samsung", "Apple" və "Huawei" şirkətinə rast gəlinmir.

"Huawei" qurğularında "Qualcomm" çiplərindən istifadə olunmasa da, "Apple" və "Samsung" smartfonlarında tətbiq edilir. Lakin şayiələrə görə, "Apple" onlardan imtina edərək analoji "Intel" modem çiplərinə keçmək niyyətindədir. "Samsung" istehsalçısı da "Qualcomm" məhsullarını öz texnologiyaları ilə əvəzləyə bilər.

"Qualcomm", həmçinin bəyan edib ki, "X50 5G NR" modemlərindən beşinci nəsil mobil rabitə şəbəkələrinin sınaqları zamanı əksər iri rabitə operatorları, o cümlədən "AT&T", "British Telecom", "China Mobile", "Deutsche Telekom", "Orange", "SK Telecom", "Sprint", "Telstra", "Verizon" və "Vodafone" istifadə edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728