22,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Elon Musk dünyanın ən böyük 'virtual elektrostansiyası'nı tikəcək


Elon Musk dünyanın ən böyük 'virtual elektrostansiyası'nı tikəcək

13.02.2018 08:45
admin

Avstraliyanın Cənubi Avstraliya ştatı 250 meqavat gücündə bölüşdürülmüş günəş elektrostansiyası və 650 meqavat saat gücündə enerji saxlama sistemi əldə edəcək.
Milli.Az technote.az-a istinadən bildirir ki, sakinlər yüksək qiymətə sahib elektroenerjidən əziyyət çəkməyəcəklər. "Tesla" şirkəti bildirib ki, o bu "virtual elektrostansiyaya" 2022-ci ilə kimi 50.000 evin enerji sistemini birləşdirəcək. Bu barədə Electrek saytı xəbər verib. Beləliklə "Tesla" şirkəti Cənubi Avstraliyada 50.000 evi günəş panelləri və enerji saxlama sistemləri ilə təmin edərək dünyanın ən böyük "virtual elektrostansiyası"nı tkəcək.

Qeyd etmək lazımdır ki, şirkət artıq Avstraliyada 100/129 meqavat saat gücündə olan dünyanın ən böyük litium-ion batareyasını tikib. Lakin yeni layihə tikilmiş ən böyük litium-ion batareyası olan Powerback-ın tam əksi olacaq. Belə ki, mərkəzləşdirilmiş bir enerji saxlama sistemi əvəzinə şirkət Powerwall adlı bölüşdürülmüş sistem yaradacaq.

50.000 evdən hər biri 5 kilovat gücündə günəş panelləri və 13.5 kilovat saat gücündə Tesla Powerwall 2 batareya sistemi ilə təmin olunacaq. Nəticədə Cənubi Avstraliya ştatı minimum 650 meqavat saat gücündə bölüşdürülmüş enerji saxlama stansiyasını və eyni zamanda 250 meqavat gücündə günəş elektrostansiyasını əldə edəcək.

Yeni layihə Cənubi Avstraliya tərəfindən 32 milyon dollar dəyərində qrant alacaq və həmçinin elektroenerji satışından əldə olunacaq vəsait vasitəsilə maliyyələşdiriləcək. "Tesla" bildirib ki, 2022-ci ilə kimi bütün 50.000 evə enerji sisteminin quraşdırılmasını başa çatdıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728