28,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,01 AZN
10 RUB = 0,27 AZN

описание


» » Nyu-York polisinə 40 min “iPhone 7” paylandı


Nyu-York polisinə 40 min “iPhone 7” paylandı

08.02.2018 22:45
admin

Nyu-York polis departamenti öz əməkdaşlarına yeni "iPhone 7" və "iPhone 7 Plus" smartfonları paylamağa başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu smartfonların köməyi ilə polislər küçələri patrul edəcək və cinayətkarları axtaracaq.

Artıq smartfonları Cənubi Manhetten Patrul Xidməti Departamentinin 36 min nəfər əməkdaşı əldə edib. "Apple" cihazlarının verilməsi yeni texnikaya keçidlə bağlıdır və ötən ildən verilməsi nəzərdə tutulub. O zaman polis departamenti planlı şəkildə "Nokia" telefonlarından "Apple" cihazlarına keçidi elan etmişdi. Polislərin Finlandiya istehsalı olan cihazlardan imtina etməsinə səbəb şirkətin "Windows Phone" əməliyyat sistemini dəstəkləməkdən imtina etməsi olub.
 

Bu "iPhone"lar ştatın mülkiyyətidir və polisin şəxsi əşyası hesab edilmir. Bu cihazlar polisin iş aləti sayılır. Smartfonlar vasitəsilə polislər həmkarları ilə danışa, istiqamətlərə baxa, qərargahdan gələn məlumatları oxuya biləcəklər. Həmçinin patrullar onlara lazım olduğu halda sosial şəbəkələri izləyə biləcəklər.

Bu modernizasiyaya nə qədər vəsaitin xərcləndiyi barədə məlumat verilmir. Məlumdur ki, "Nokia" şirkəti ilə 2014-cü ildə imzalanmış müqaviləyə Nyu-York polisi smartfonların əldə edilməsinə 160 milyon dollar xərcləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031