29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Vaunt adlı eynək hazırlanıb - VİDEO


Vaunt adlı eynək hazırlanıb - VİDEO

08.02.2018 21:15
admin

ABŞ-ın "The Verge" nəşrinin jurnalisti "Intel" korporasiyasının hələ satışa çıxarılmayan "Vaunt" adlı "ağıllı" eynəyini sınaqdan keçirib. Şirkət bu il sözügedən cihazı satışa çıxarmağı planlaşdırır. Kamera və mikrofona malik olmayacaq "ağıllı" eynək əlavə reallıq sistemi ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, jurnalistin sözlərinə görə, adi eynək kimi olan yeniliyin çəkisi 50 qramdır. "Ağıllı" eynək 400x150 piksel təsvir ölçüsünə malik şəkli gözün torlu qişasına proyeksiya edir. Bunun sayəsində təsvir həmişə gözün fokusunda olur və istənilən linzanı dəstəkləyir. Lakin bu eynəyi satın almazdan öncə göz bəbəklərinin oftalmoloq tərəfindən ölçülməsi lazımdır.

O qeyd edib ki, qurğuya gələn bildirişlərin hamısını oxuyub. Vibro-siqnal və dinamiklərin olmamağına baxmayaraq, ekranda baş verən istənilən hərəkət nəzərə çarpır. İstehsalçılar bildiriblər ki, onların hədəflərindən biri istifadəçi bezdirməyən ekran yaratmaq olub.

Jurnalistin sözlərinə görə, eynəyə öyrəşmək üçün ona 1 saatdan az vaxt lazım olub. Bundan sonra o, eynəyin ekranından rahat şəkildə oxuya və eyni zamanda danışa bilib.

Eynək "Bluetooth" modulu vasitəsi ilə istifadəçinin başqa cihazları ilə əlaqə yaradacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Vaunt adlı eynək hazırlanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031