3,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Windows-lu kompüterlər təhlükə altındadır


Windows-lu kompüterlər təhlükə altındadır

08.02.2018 08:51
admin

İnformasiya texnologiyaları üzrə mütəxəssislər "Windows" əməliyyat sisteminin populyar versiyalarının istifadəçilərinin üzləşə biləcəyi yeni təhlükələr aşkarlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "EternalSynergy", "EternalRomance" və "EternalChampion" adlanan eksploytlar sistemdə boşluqların axtarışı ilə məşğul olaraq onlardan istifadə edirlər. Onlar "EternalBlue" prinsipi - ABŞ Milli Təhlükəsizlik Agentliyinin cinayətkarların təhlükəli fırıldaqçı "WannaCry" virusunun yaradılmasında əsas kimi götürdükləri texnologiyası üzrə işləyirlər.

Məlumata görə, istifadəçi tərəfindən göstərilən hər eksploytun biri məsafəli idarəetmə komanda modullarına və "zzz_exploit" adlanan adaptasiya əsaslı koda malikdir. Onlar sistemdən inzibatçı qismində istifadə üçün spesifik rabitə strukturlarından (SMB protokolu) yararlanırlar.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Kevin Bomont eksploytların effektivliyini təsdiq edib. Onun sözlərinə görə, "Windows 2000" sisteminə istənilən "Windows" variantlarından tutmuş, 2016-cı il server modifikasiyasınadək maneəsiz və yüksəksəviyyəli mühafizə bağlantısı ilə müdaxilə etmək mümkündür. O, həmçinin "Windows 2000" və "Windows XP" sistemləri üzərində müstəqil uğurlu eksperimentlər keçirib.

O da məlum olub ki, eksploytlar onların işini tez əksər kompüterlərə yaymağa imkan verən təkrar istehsal qabiliyyətinə malikdirlər. Mütəxəssislər xəbərdarlıq edir ki, proqram təminatında nasazlıqlar aradan qaldırılmayacağı təqdirdə onlar dünyada əksər kompüterləri ələ keçirə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728