29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Samsung Galaxy A8/A8+ - artıq satışda


Samsung Galaxy A8/A8+ - artıq satışda

08.02.2018 10:00
admin

Artıq 3 həftədir ki, Samsung şirkətinin ən yeni smartfon seriyası olan Galaxy A smartfonlarınının Azərbaycan bazarında satışına start verilib. Yeni smartfon metal çərçivə, hər iki tərəfdən gücləndirilmiş şüşə ilə əhatə olunan, AlwaysOn Display funksiyasının əks etdirdiyi saat formatı və əlbəttə ki, trendlərə uyğun 18.5:9 icazəsi olan "sərhədsiz"display ilə Galaxy S8-i xatırladır. Lakin qeyd etmək lazımdır ki, bu smartfonların ekran dizaynının "flaqmanlardan" fərqi yan bucaqlarının "qövsvari" olmaması və azacıq enli çərçivəsidir. Amma bu məqamın sayəsində ekrana təsadüfi mexaniki toxunuşların qarşısı alınır. A seriyasının təmsilçiləri bir-birindən sadəcə displey diaqonalları ilə fərqlənir, A8 üçün bu 5.6", A8+ üçün isə - 6".1080х2220 (Full HD+) icazəli displey Super AMOLED matritsa əsasında işləyir. Bu matritsa sayəsində çalarlar daha təbii və canlı, qara rəng isə daha dərin və dolğun ifadə olunur. Burada müxtəlif işləmə rejimləri, özünüzə uyğun incə ayarlama və ekran parlaqlığının avtomatik tənzimlənməsi mövcuddur. Maksimal parlaqlıq dərəcəsində siz asanlıqla günəş şüaları altında işləyə bilər, minimal həddə isə hətta qaranlıq otaqda belə smartfondan asanlıqla istifadə edə bilərsiniz. Əlavə olaraq qeyd etmək lazımdır ki, Galaxy A-nın ekranı "göy" rəngin tənzimlənməsi funksiyası ilə də təchiz olunub ki, bunun sayəsində hətta uzun müddətli istifadə zamanı gözləriniz yaşarmır və az yorulur. A seriyasında displeyin zahiri görünüşü tamamilə yenilənib, belə ki, adət etdiyimiz "Home" düyməsi ləğv olunub, barmaq izi skaneri isə, korpusun arxa hissəsində, əsas kameranın altında yerləşdirilib.

16 MP-lik əsas kamera ilə birlikdə yeni smartfonlar ikili ön kamera ilə təchiz olunublar. İki kameralı sistem asanlıqla bir toxunuşa "Boke" effektli əla selfi çəkməyə imkan yaradır.

Əvvəldə qeyd etdiymiz kimi, smartfonlar şirkətin digər modellərində olduğu kimi "AlwaysOn Display" funksiyası ilə təchiz olunub. Bu funksiyanın köməyi ilə bağlı ekran üzərində cari vaxt, enerji faizi və bildiriş nişanları kimi məlumatları daim izləmək mümükündür.

Galaxy A xəttinin yeni smartfonlarının bütün korpusu və displeyi IP68 standartlarına uyğun su və tozdan müdafiə ilə təchiz olunub. Beləliklə, bu cihazlar 1.5 metr su dərinliyində 30 dəqiqə ərzində qala bilirlər.

Samsung Galaxy A8 - "sərhədsiz" displeyə malik, ikili ön kameralı, istənilən məsələnin öhdəsindən məharətlə gələn işləmə güclü, suya davamlı müasir və keyfiyyətli smatfondur. Artıq Galaxy A8 и A8+ modellərini əldə etmək imkanınız var. Smartfonlar haqqında ətarflı məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Solitonvə Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031