2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,3 AZN

описание


» » Nazirlikdən “Getcontact” XƏBƏRDARLIĞI -


Nazirlikdən “Getcontact” XƏBƏRDARLIĞI -

06.02.2018 21:07
admin

Bir milyard 600 milyondan çox telefon nömrəsinin yerləşdirildiyi və Azərbaycanda da geniş istifadəçi kütləsinə malik olan "Getcontact" mobil tətbiqindən istifadə bir sıra risklərə yol açır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu proqramın istifadəçilərinə xəbərdarlıq edib.
Proqrama istənilən nömrəni daxil etməklə həmin nömrənin digər mobil telefonlarda hansı adla qeydiyyata alındığını öyrənmək olur. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, proqramı telefonuna yükləyən şəxslərin mobil cihazının yaddaşında olan bütün nömrələr bazaya ötürülür. Bu, həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır. Həmçinin telefona giriş icazəsinin verilməsi istifadəçinin telefon yaddaşında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi təhlükəsini yaradır.

Bununla belə, sistemdən nömrəni birdəfəlik silmək də mümkündür. Bunu etdikdə artıq heç kim sizin nömrənizin başqalarının telefonunda hansı adla qeyd olunduğunu görə bilməyəcək.

Mobil tətbiqetmə isə hər saniyə bazasına yeni nömrələr əlavə edir. Proqramda nömrənizin görünməsini və məlumatların əldən-ələ keçməsini istəmirsinizsə, bazadan əlaqə nömrənizi çıxardın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Nazirlikdən "Getcontact" XƏBƏRDARLIĞI

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728