29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » TwitterAcı reallıq: Heç kimin qorunma zəmanəti yoxdur


TwitterAcı reallıq: Heç kimin qorunma zəmanəti yoxdur

30.01.2018 22:29
admin

"Twitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirərkən, şirkət əməkdaşlarının vaxtaşırı şəxsi yazışmaları oxuduğunu bildirib. Şəxsi ismarıcları oxuyan əməkdaşların dəqiq sayı açıqlanmasa da, bunun yüzlərlə insan olması inkar edilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hüquqşünas Ələsgər Məmmədli bildirib ki, onsuz da hər kəs sosial şəbəkələrdə hesab açan zaman şəbəkə sahibinin onun şəxsi yazışmalarını gördüyünü bilir: "İstər "Twitter"də, istər digər sosial media platformalarında ("Facebook", "Youtube" və s.) hesab açdığın zaman bunlar bəzi informasiyaları paylaşmağı şərt qoyur. Əgər bunu qəbul edirsənsə, hesab açırsan, şərti qəbul etmirsənsə, hesab açmırsan".

Onun sözlərinə görə, "Twitter"də bu amil öz əksini tapıb ki, onlar bu açıqlamanı veriblər: "Əgər bunlar olmazsa, bu, birmənalı hüquqi məsuliyyət yaradacaq. Onlar da özlərinə hüquqi məsuliyyət yaradan bir məqamı ən azından ictimaiyyətə etiraf etməzdilər. Bu, işin birinci tərəfidir. Yəni istər-istəməz sosial şəbəkədə açdığımız hesabların etibarlılığı məsələsində bilirik ki, ən azından bizim informasiyaları bu platformanın sahibi görür. Bu ehtimalı qəbul edərək biz o platformada oluruq".

Ə.Məmmədli qeyd edib ki, buradakı şəxsi məlumatların oxunmasından çox, yayılma məsələsi hüquqi mübahisə yaradacaq: "Yəni şəbəkə onu üçüncü tərəfə yaydığı zaman problem yaranacaq. Amma belə bir hadisə yoxdursa, yəni "Twitter"in əli ilə başqa tərəfə yayılmayıbsa, burada hər hansı bir hüquqi məsuliyyətdən söhbət getməyəcək".

Hüquqşünasın dediyinə görə, "Twitter" üçüncü şəxslərlə olan yazışmaların şifrələndiyini və qorunduğunu üzərinə öhdəlik götürürsə, amma bunu pozursa, artıq burada məsuliyyət yaranacaq: "Çünki hər nə qədər bəzi informasiyaları, xüsusilə şəxsi informasiyaları bu qurumlara veririksə də, amma, xüsusən ikili münasibətlərdə yazışmaların sirrinin qorunduğunu düşünürük. Məsələn, "WhatsApp"da hesab açanda sizə mesaj göndərir ki, danışığınız və yazışmalarınız iki tərəf üzərindən şifrələnib. Bu, o deməkdir ki, hətta "WhatsApp" bunu oxuya bilməz. Belə olan halda şifrəni çözüb biriləri bunu oxuyursa və bunu şəxslərin iradəsinin ziddinə edirsə, artıq burada məsuliyyət yaranır".

Ələsgər Məmmədli bu məsələlərin qanunvericilikdə necə tənzimləndiyinə də aydınlıq gətirib: "Hər bir insanın şəxsi məlumatları qanunvericiliklə müəyyən olunan çərçivədə qorunur. Həm beynəlxalq hüquq, həm də daxili hüquq şəxsin özəl həyat informasiyalarını, o cümlədən şəxsi məlumatlarını və şəxsi yazışmalarını qoruma altına alır. İstənilən halda qanunsuz müdaxilə edib bunu əldə edənlər hüquqi məsuliyyət daşımalıdırlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031