9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » Varlılarla yoxsullar arasındakı 10 fərq


Varlılarla yoxsullar arasındakı 10 fərq

30.01.2018 23:55
admin

Zəngin insanlarla kasıbların arasındakı fərq nədən ibarətdir? Sözsüz ki, bu fərq təkcə pulun çoxluğundan və azlığından ibarət deyil. Bu iki təbəqə arasında əsas fərqlərdən biri onların dünyaya fərqli baxışları və fərqli düşüncə tərzləridir.
Varlılarla yoxsullar arasındakı 10 fərq:

1. Kasıb insanlar elə düşünürlər ki, varlı olmaq üçün formal da olsa təhsil vacibdir. Zəngin insanlar isə daha varlı olmaq üçün xüsusi biliklərin əldə edilməsini zəruri sayırlar.

2. Kasıb insanlar pula emosiya ilə baxırlar. Milli.Az banco.az-a istinadən bildirir ki, varlı insanlar isə pul haqqında məntiqi düşünürlər.

3. Kasıblar qənaət etmək, zənginlər daha da varlanmaq haqqında fikirləşirlər.

4. Kasıb insanlar pul xərcləməkdə risk etmirlər, zənginlər isə pul xərcləməyin nə vaxt riskli olduğunu dəqiq bilirlər.

5. Kasıblar elə düşünür ki, bütün nadanlıqların səbəbi puldur. Varlılar isə əksinə olaraq belə düşünürlər ki, dünyanın bütün nadanlıqları yoxsulluqdan irəli gəlir.

6. Kasıbların fikrincə pulla sağlamlığın heç bir əlaqəsi yoxdur. Varlıların qənaətinə görə isə pul insanın həyatını xilas etməyə qadirdi.

7. Kasıb insanlar əksər hallarda öz varlanmaqlarını lotereya biletinin uduşunda görürlər. Zənginlər isə varlanmaq üçün yeni ideyalar axtarır, daima hərəkətdə olurlar.

8. Kasıblar keçmişdə yaşadıqları xoş günləri tez-tez xatırlayırlar, varlılar isə gələcək haqqında yeni planlar qururlar.

9. Kasıblar öz övladlarına yaşamağın, zənginlər isə varlanmağın sirrlərini öyrədirlər.

10. Kasıblar düşünürlər ki, varlanmaq üçün nə isə etmək lazımdır. Varlılar isə bu "nə isə"nin nə olduğunu daha yaxşı bilirlər.

Hər halda bunlar sosioloqların ümumi qənaətidir. O ki qaldı düşünməyə, çox yəqin ki, varlı olub kasıb kimi düşünmək, yaxud əksinə, kasıb olub varlı kimi düşünmək mümkünsüz bir məsələdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728