9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » “Amazon” geyim satan ən iri şəbəkəyə çevrilir


“Amazon” geyim satan ən iri şəbəkəyə çevrilir

30.01.2018 21:15
admin

Bu il "Amazon" online ticarət platforması "Macy' s" ticarət şəbəkəsini ötərək ABŞ-ın ən iri geyim mağazasına çevriləcək.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Financial Times" xəbər yayıb. Qəzet "Cowen" investisiya bankının analitiklərinə əsaslanır. Analitiklərin proqnozlarına əsasən 2018-ci ildə "Amazon"un geyim və aksessuar satışı ilə məşğul olan bölməsinin satışları 30% artaraq 28 milyard dollara çatacaq. "Macy`s"in satışları isə 4% azalaraq 22 milyarda enəcək.

"Amazon"un geyim-aksessuar bölməsi çox sürətli artım nümayiş etdirir. Ötən il "Amazon"un bu bazarda payı 6,6% olub. "Cowen"ın proqnozlarına görə, 2018-ci ildə bu rəqəm 8,2%-ə, yaxın 5 ildə isə 16,2%-ə çatacaq.

"Uzun müddət insanlar "Amazon"u tualet ləvazimatları və pişik yeməyi satılan yer kimi qəbul edirdilər. 2014-cü ildə bir çox brend şübhə edirdi ki, "Amazon"la çalışmaq istədiklərini açıq bildirsinlər, ya yox. İndi isə istehsalçılar anlayıb ki, insanlar "Amazon" vasitəsilə mal almağa, o cümlədən geyim almağa hazırdır", - deyə daha əvvəl "Amazon Fashion"a rəhbərlik etmiş Eleyn Kvon vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728