29,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Linkedin profilinizi cəlbedici etmək üçün


Linkedin profilinizi cəlbedici etmək üçün

27.01.2018 21:55
admin

Beynəlxalq şirkətlərdə karyera qurmağı hədəfləyirsinizsə, bunun üçün Linkedin profilinizin cəlbedici olmasına xüsusi diqqət ayırmalısınız. İşə götürənlər vakansiyaları artıq bu platformada paylaşmağa və namizədləri bu sayt vasitəsi ilə tapmağa başlayıblar. Həmçinin, sərbəst şəkildə işləyən insan resursları mütəxəssisləri də profillər arasında gəzərək əllərində olan vakansiyalara uyğun namizədlərlə əlaqə yaradırlar. Bəs, onda Linkedin profilinizi daha da cəlbedici etmək üçün nə etməlisiniz?

1) Linkedin-nin istiqamətləndirmələrinə diqqət edin.

Milli.Az moneta.az-a istinadən bildirir ki, Linkedin addım ba addım istiqamətləndirmələr ilə hansı sahələri doldurmağınız lazım olduğunu sizə xəbərdarlıqlar şəklində göstərir. Bu addımları izləyin və profilinizin doluluq səviyyənizi artırın. Təhsil, iş təcrübəsi, könüllülük fəaliyyətləri və imtahan uğurlarınızı da Linkedin profilinizə əlavə etməyi unutmayın.

2) Profilinizdə olan şəkil mütləq şəkildə professional olmalıdır.

Pasport şəklində olduğunuz qədər ciddi olmağınıza ehtiyac yoxdur; başdan ayağa olan şəkillərinizi də əlavə etməyin. Profil şəklindən əlavə istəsəniz arxa şəkil də əlavə edə bilərsiniz. Ancaq, bunun da professionallıq sərhədlərini aşmamasından əmin olun.

3) Xülasə hissəsində özünüz, karyera hədəfləriniz və uğurlarınızdan yazın.

Təsəvvür edin ki, iş müsahibəsinə getmisiniz və müsahibəni aparan şəxs sizə "bizə bir az özünüz haqqında məlumat verərdiniz" soruşduğunu düşünün və xülasə hissəsində bu sualı cavablandırın. Profilinizə daxil olan insanın ilk diqqətini çəkəcək olan şeylərdən biri də özünüzü anlatdığınız bu hissədir. Uzun müddətli hədəfləriniz hansılardır? Özünüzü hansı sektorlarda inkişaf etdirməyə həvəslisiniz? Bu suallara cavab verməklə, işə götürənlər üçün diqqət çəkən bir namizəd olacaqsız. Təbriklər! İlk mərhələni keçdiniz.

4) Hədəfinizdə ölkə xaricində bir karyera qurmaq varsa, Linkedin profilinizi ingilis dilində hazırlayın.

Əgər qarşınıza beynəlxalq bir karyera məqsədi qoymusunuzsa, texnologiyanın inkişaf etməsi ilə bərabər, yeni ortaya çıxan sektorlardan birində ya da qlobal şirkətlərdən hər hansı birində çalışmaq istəyirsinizsə, ingilis dilini bilməyiniz və professional səviyyədə istifadə etməyiniz əsas şərtlərdəndir. Profilinizi ingilis dilində hazırlayan zaman, sektorunuza aid olan terminləri ingilis dilində düzgün istifadə edə bildiyinizi və ingilis dili bacarığınızın qlobal şirkətdə işləyə biləcək səviyyədə olduğunu nümayiş etdirə bilirsiz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031