11,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Fransada “Apple” barəsində təhqiqat başladı


Fransada “Apple” barəsində təhqiqat başladı

11.01.2018 21:15
admin

Paris Prokurorluğu ABŞ-ın "Apple" korporasiyası haqqında ilkin təhqiqata başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, təhqiqat şirkətin köhnə "iPhone" modellərinin işini yavaşlatması ilə bağlıdır.
 
"Halte a l'obsolescence programmee" (HOP) adlı yerli assosiasiya ötən il dekabrın 27-də bununla əlaqədar prokurorluğa şikayət edib. Onlar bildiriblər ki, "Apple" smartfonların məhsuldarlığını və ömrünü qəsdən azaldaraq müştəriləri yeni "iPhone"lar almağa təhrik etmək istəyir. İddiaçılar Fransada istehsalçı tərəfindən texnikanın işinin qəsdən yavaşladılmasını cinayət sayan müvafiq qanuna əsasən ABŞ şirkətinin cəzalandırılmasını tələb ediblər. (Bu norma Fransada 2017-ci ilin avqustunda qəbul olunub.)
 
Paris Prokurorluğu bu il yanvarın 5-də şikayət əsasında ilkin araşdırmaya başlayıb. İş Fransanın Rəqabət, istehlakçılar və fırıldaqçılığa qarşı nəzarət üzrə Baş Direktoratlığının Milli təhqiqat xidmətinə həvalə edilib. Təhqiqat aldatma maddəsi ilə aparılır.

Qeyd edək ki, "Apple" noyabrın əvvəllərində "iPhoneX" flaqman smartfonunu satışa çıxarıb. Bundan bir qədər sonra istifadəçilər köhnə "iPhone"ların fəaliyyətində problem yaranmasından şikayətlənməyə başlayıblar. Məsələyə münasibət bildirən "Apple" köhnə cihazların işini qəsdən yavaşlatdığını etiraf edərək bunu onların ömrünü uzatmaq niyyəti ilə izah edib. Dekabrın 22-də ABŞ-da bir neçə nəfər bununla əlaqədar məhkəmədə iddia qaldırıb. Dekabrın 29-da şirkət açıq məktubla çıxış edərək istifadəçilərdən üzr istəyib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031