6,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » “Ağıllı” telefon bazarının uğursuz markası:


“Ağıllı” telefon bazarının uğursuz markası:

07.01.2018 23:50
admin

"Nokia" bir nəsli cib telefonu ilə tanış edən markadır. Xatırlayırsınızsa, "Nokia" 10-cu mərtəbədən belə atsan qırılmayan, səs tonunu özünüzün seçə bildiyiniz, artıq əfsanələşmiş oyunları oynadığımız vaxtların əfsanəvi cib telefonu idi...

Milli.Az facemark.az-a istinadən bildirir ki, bəs bu markanı hansı vaxt, harada itirdik? Texnologiya "Connecting People" səviyyəsindən "Connecting Thing" erasına keçəndəmi? Əslində, texnologiya nəhəngi olan bu şirkətin necə bu günə gəldiyinə gəlin birlikdə araşdıraq.

"Nokia"nın yaradılmasının kökləri Finlandiyada mədən mühəndisi Fredrik Idestam tərəfindən 1865-ci ildə açılan kağız fabriki zavoduna əsaslanır. Adını Nokianvirta çayından alan məşhur marka sonra rezin təkərlər istehsal edən finli Rubber Works ilə birləşir.

1912-ci ildə qurulan "Cable Works" ilə bu iki şirkətin "Nokia Corparation" adı altında birləşməsi 1967-ci ildə o dövrün texnoloji inkişafını qığılcımlandıran alovlardan biri idi.

1981-ci ildə Salora adlı TV istehsalçısı ilə ilk bəsit mobil telefon istehsalına başlayırlar. Beləliklə, beynəlxalq cib telefonu şəbəkəsi inşa edilməyə başlayır. Şirkət 1984-cü ildə "Mobira Talkman" adlı daşına bilən telefonu ilə hamımızın həyatında yeni bir qapı açdı.

Fotolarda da gördüyünüz kimi böyük batareya və nəhəng həcm ilə daşınması çətin olan bu telefonların yerini bugünün telefonların atası sayılan "Mobira Cityman" alanda "Nokia" ən həyəcanverici vaxtlarına daha yeni başlayırdı.

1991-ci ildə GSM (Mobil Rabitə üçün Qlobal Sistem) infrastrukturunun kəşf edilməsi bizləri "Nokia 1011", yəni ilk GSM telefonu ilə tanış edir.

İndi belə kiçik təbəssüm ilə yad etdiyimiz oyunla (Snake) zınqırov səsləri və ağlımızdan çıxmayan loqosu ilə markanın həyatımızda nə qədər çox yer tutduğunu görəcəksiniz.

Dövrün texnoloji nəhənglərindən olan "Nokia" ar-arda yeni funksiyalara sahib olan telefonlar istehsal etməyə başlayır. 2210-dan Matrixdən bizə aşina olan 8110-lara, ilan oyunu ilə tanıdığımız 6100-u misal göstərmək olar.

1998-ci ildə "Nokia" dünya miqyasında 41 milyon telefon sataraq Motorolanı keçmiş və dünyanın böyük telefon istehsalçısı adını qazanmışdı.

1999-cu ilə gələndə isə hər nə qədər ağıllı telefon bazarına addım atmış olasa da "Nokia" dedikdə ağla gələn ilk telefon olan 3310 ilə tanış olacağıq.

Sonra 2002-ci ildə ilk 3G funksiyasına sahib olan telefonu Nokia 6650-yi bazara təqdim edən şirkət sonrasında oyun sistemini işə saldığı N-GAGE, incə dizaynı ilə fərqlənən 7280 və son telefonları olan N seriyasını istehsal etməyə başladı. Ancaq bazarda artıq "Think Different" sloqanı ilə "Apple"da var idi.

Əslində, "Symbian" əməliyyat sistemi ilə ağıllı telefon bazarına 2002-ci ildə daxil olan marka sürətlə dəyişən texnologiyaya cavab verməkdə gecikdi.

2007-ci ildə 3G-ni çıxaran "Apple" ilə mübarizədə Nokia yeni məhsulu 5800 "XpressMusic" ilə cavab verdi. Ancaq rəqabət üçün daha çoxuna ehtiyac var idi. "Apple" 2011-ci ildə "Windows Phone" ilə gələn cavab da da digərləri kimi gecikmişdi.

"Ağıllı" telefon bazarı IOS və sonrasında Android əməliyyat sistemi ilə partlayış edirdi. "Samsung"un isə həm texnologiya sarıdan bazara adaptasiya olması, həm də doğru zamanda doğru əməliyyat sistemini seçməsi onu bazar liderləri arasında qoruya bildi. "Nokia"nın "Samsung"un Androidə hakim ola bilmə ehtimalından çəkinərək həm gec, həm də yanlış seçim etməsi (Windows Phone) və Çindən Andorid ilə gələn HTC, Huawei kimi rəqibləri 14 illik sektor liderinə böyük zərbə oldu.

Həyəcanlandıran reklamları, digərlərinə heç bənzəməyən telefonları ilə "Apple" sektorda həyəcan yaratmışdı. Ardınca isə "Samsung" innovativ baxış bucağına sahib olan yeni yol tutmuşu. "Nokia" isə hələ də müştərilərinə bu sualın cavabı verə bilməmişdi: Niyə digərləri yox, məhz o?

2013-cü ilin sentyabrın 2-də idarəçilik və cib telefonu kateqoriyaları ilə birlikdə "Windows"a 7,2 milyard dollara satıla Nokia, sektor nəhəngi belə olsa zamanın nəbzini tuta bilməmiş, müştərilərin ehtiyaclarını qarşılaya bilməmişdi.

"Nokia" nümunəsində bu gün bazarın liderləri olan şirkətlər bilməlidirlər ki, marka dəyərini hədəf kütləsinə izah etmədikdə nələr baş verə bilər. Bu investorlar üçün sözün əsl mənasında dərsdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031