-2,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,93 AZN
10 RUB = 0,25 AZN

описание


» » Google-un haqqınızda topladığı axtarış, məkan və reklam


Google-un haqqınızda topladığı axtarış, məkan və reklam

06.01.2018 19:07
admin

Hər gün nəyi araşdırdığınızı, nəylə məşğul olduğunuzu və hansı internet saytlarını ziyarət etdiyinizi bilən var.

Google-dan danışırıq, dünyanın ən populyar axtarış mühərrikindən.

"Google xidmətlərini istifadə etdikdə, məlumatlarınız baxımından bizə inana bilərsiniz", texnologiya nəhəngi, məxfilik şərtləri və qaydalarının ilk sətrində istifadəçilərinə nəylə qarşılaşacaqlarını bu qədər açıq deyir.

Ancaq bilmədiyiniz bu ola bilər: Google, "Fəaliyyətim" funksiyasında toplanan məlumatlarınızı silmək imkanı da yaradır.

Bir neçə sadə addımla, özünüzü Google-a unutdura bilərsiniz.

1. "Fəaliyyətim" (My activity) funksiyanı silmək

Google, siz axtarış etdiyiniz zaman topladığı məlumatı hesabınızla əlaqəli şəkildə saxlayır.

Gördüyünüz hər bir hərəkət qeydiyyata alınır. Məsələn, forma doldurmaq və ya Gmail hesabınızın məktub daxil olan qutusunu yeniləmək.

Bütün bu göstəricilər "Fəaliyyətim" hissəsində toplanır. Sizin baxmalı olduğunuz yer də buradır.

Google

Silmək istədiklərinizi, axtardığınız subyektləri və ya səhifələri, ya axtarış funksiyasını istifadə edərək tapa bilərsiniz, ya da hər şeyi və ya müəyyən bir tarix ərzindəki subyektləri seçə bilərsiniz.

Google-dan işinizin mümkün nəticələrinə dair bir xəbərdarlıq çıxacaq.

2. YouTube-da bütün fəaliyyətlərinizi silmək

Google, Youtube-da baxdıqlarınızı və axtardıqlarınızı da təqib edir.

Ancaq bunu da silmək asandır. Əvvəla, soldakı menyudan "Tarixcə"yə daxil olun, sonra sağdakı menyudan "baxış tarixçəsi" və "axtarış keçmişini" seçərək təmizləyin.

Youtube

3. Reklamçıların haqqınızda bildiyi hər şeyi necə siləcəksiniz?

Google haqqınızdakı hər şeyi bilməklə qalmır, bu məlumatları reklam verənlərlə də bölüşür.

Tez-tez axtarışlarınızla əlaqəli reklamlar görməyinizin səbəbi də budur.

Ancaq narahat olmayın, reklam verənlərə hansı məlumatların çatdırıldığını tapa bilərsiniz.

Bunun üçün Google hesabınızda "Şəxsi Məlumatlar və Arxiv" bölməsinə girin.

Google

Burada "Reklam Ayarları"nı tapın. Onun üzərinə tıklayın və "Reklam ayarlarını idarə edin" hissəsinə daxil olun.

Daha sonra "Reklam Fərdiləşdirməsi" deyə bir variant görəcəksiniz. Orada dəyişiklik edin və bundan sonra Google-dan sizinlə bağlı yığdığı məlumatlara dair, yəni maraqlarınıza reklam almayacaqsınız.

Lakin reklamı tam məhdudlaşdırmaq mümkün deyil.

4. Google-da məkan tarixinçənizi silmək

Əgər Android cihazlarını istifadə edirsinizsə, Google, "Vaxt Qrafiki" funksiyası ilə telefon və ya kompüterinizlə səfər etdiyiniz yerlərin siyahısını tutur.

Google Xəritələrdən məkan məlumatlarınızı silmək üçün yuxarıdakı səhifəni ziyarət etməlisiniz.

Məkan keçmişinizi bağlaya, bütün keçmişi, tək bir günü, ya da müəyyən zaman kəsiyindəki fəaliyyətinizi silə bilərsiniz. Bunun üçün "Məkan Tarixçəsini Durdurun"a tıklayın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31