9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Məscidlərimizdə internetdən istifadə haramdır?


Məscidlərimizdə internetdən istifadə haramdır?

01.01.2018 11:28
admin

İnternet hazırda günümüzün ən vacib tələbatlarından biri hesab olunur. İnsanlar texnologiyanın bu imkanlarından gündəlik olaraq hər yerdə - işdə, evdə, istirahət məkanlarında istifadə edirlər.
Avropa ölkələri və başqa yerlərdə hətta dini məkanlar da internetlə təmin olunub.

Bəs Azərbaycanda necə, məscidlərdə internet varmı, ibadətə gələnlər Wi-Fi-dan istifadə edə bilərmi? Yoxsa Azərbaycan məscidlərində internetdən istifadə haramdır?

Milli.Az modern.az-a istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Bakıdakı "Məşədi Dadaş" məscidinin imam camaatı hacı Şahin Həsənlinin dediyinə görə, bu gün bir çox məscidlərdə də Wi-Fi şəbəkəsi vasitəsilə internetdən istifadə etmək mümkündür:

"Ölkəmizdə kifayət qədər məscid var ki, internetdən istifadə olunur. Buna təmamilə normal baxılır, burada qəbahətli nəsə yoxdur".

Hacı Şahinin sözlərinə görə, dini ayinlər insanlarla canlı şəkildə icra olunmalıdır:

"Məsciddə keçirilən tədbirlərin canlı şəkildə yayımlanması üçün internetdən istifadəyə ehtiyac olur. Məsələn, bayramlarda və ya hüzn mərasimlərində internet vasitəsilə canlı yayımdan istifadə edilir, belə tədbirlər sosial şəbəkələrdə canlı olaraq yayımlanır. Məsciddə internetin olması təmamilə normal haldır, heç bir əsas yoxdur ki, biz məsciddə internetdən istifadəni qadağan edək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031