5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » SSRİ-də interneti yaradan şəxs öldü


SSRİ-də interneti yaradan şəxs öldü

28.12.2017 22:15
admin

İnternetin Rusiya seqmentinin yaradıcılarından biri - Valeri Bardin Moskvada 63 yaşında vəfat edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, V. Bardin onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
 
"Mənim deməyə sözüm çox azdır. Gözlənilməz oldu... O, mənim hər zaman xatirəmdə qalacaq tanışlarımdan biridir. Kədərlidir", - deyə rusiyalı proqramçı, "Lib.ru" saytının yaradıcısı Maksim Moşkov bildirib.
 
Qeyd edək ki, Valeri Bardin SSRİ-də internetə qoşulmuş ilk kompüter şəbəkələrindən birinin yaradıcısı olub. Şəbəkə 1990-cı ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun bazasında yaradılıb. Şəbəkə Moskva, Leninqrad və Novosibirskdə yerləşən elmi idarələrin kompüterlərini birləşdirib. Elə həmin ilin avqustunda ilk xarici əlaqə də qurulub və Helsinki Universitetindəki kompüterlə əlaqələndirməyə nail olunub. Bir ay sonra yaradıcılar "Demos" proqramçılar kooperativi ilə birlikdə SSRİ-də ilk yüksək səviyyəli domeni (.s.u) qeydiyyatdan keçiriblər. 1992-ci ildə isə rabitə xidmətləri göstərən "Relkom" Səhmdar Cəmiyyəti təsis edilib.  

V. Bardin OC "Unix" bazasında yaradılmış ilk sovet əməliyyat sistemi DEMOS-un işlənib hazırlanmasında iştirak edib. O, 2002-ci ilə qədər "Milli Xəbərlər Xidməti" internet agentliyinin inkişaf üzrə direktoru idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30